İraqın şimalında 3 türk əsgəri həlak olub

Çərşənbə, 27 Aprel 2022 - 21:04
https://az.iswnews.com/?p=6121

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha 3 türk əsgərinin həlak olduğunu açıqlayıb.

Belə ki, aprelin 18-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə İraqın şimalında PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 8 nəfərə çatdı.

Öldürülən PKK silahlılarının dəqiq sayı məlum olmasa da, bazar ertəsi (25 aprel) Türkiyənin müdafiə naziri Hulusi Akar “Qıfıl Pəncəsi” əməliyyatında indiyədək 56 kürd silahlısının öldürüldüyünü iddia edib.

Daha çox oxuyun:
Ərdoğan: İraqın şimalında bir türk əsgəri həlak olub
İraqda daha bir türk əsgəri həlak olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.