Zelenski də Türkiyənin Bayraktar propaqandasını rədd etdi!

Çərşənbə axşamı, 26 Aprel 2022 - 22:57
https://az.iswnews.com/?p=6053

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski son müsahibəsində türkiyəli müxbirin Rusiyaya qarşı müharibədə Bayraktar PUA-larının rolu və effektivliyi ilə bağlı sualına cavab olaraq bu tipli PUA-nın qeyri-strateji olduğunu və kifayət etmədiyini açıqlayıb.

Vladimir Zelenski türkiyəli jurnalistin sualına cavab olaraq deyib: “Türkiyənin Bayraktar pilotsuz təyyarələri Rusiya ilə müharibədə həlledici rol oynamır. Mən bütün hörmət və səmimiyyətimlə deyirəm ki, bu fərqli bir müharibədir. Mütəxəssislərin fikrincə, bu müharibə 21-ci əsrin heç bir müharibəsi ilə müqayisə oluna bilməz. Bu pilotsuz təyyarələr (Bayraktar) və ya digər pilotsuz təyyarələr kömək edə bilərlər, lakin onların müharibənin nəticələrinə az təsiri var”.

Ukrayna Müharibəsindən əvvəl Türkiyə mediaları və ekstremist tərəfdarları Qarabağ, Liviya və digər müharibələrdə bu pilotsuz təyyarələrin keçmiş tarixini əsas gətirərək, pilotsuz təyyarə ilə bağlı geniş təbliğat aparırdılar. Amma reallıq budur ki, Bayraktar kimi pilotsuz təyyarələr yalnız müdafiəsiz düşmənə qarşı aparılan müharibələrdə faydalıdır; yəni zəif və köhnəlmiş hava hücumundan müdafiə sistemlərinə malik qruplar və ya düşmənə qarşı aparılan döyüşlər. Əks halda, Bayraktar qabaqcıl müdafiə sistemləri və çətirlərinə qarşı təsiri azdır.

Bu fakt Ukrayna müharibəsində aydın görsəndi. Müharibənin əvvəlində və Rusiyanın hücum planında planlaşdırılmamış addımların çox olduğu bir vaxtda Bayraktar pilotsuz təyyarələri müəyyən ziyan vura bilsələr də, qısa müddətdən və lazımi rus müdafiə sistemlərin istifadəsindən sonra onlar tamamilə Ukrayna müharibəsi səhnəsindən yoxa çıxdılar!

Ona görə də Zelenski bu həqiqəti dərk edərək, bu PUA üçün xəyali mifologiyanın qarşısını aldı, çünki o, çox yaxşı bilir ki, bu müharibədə qalib gəlmək üçün bir neçə yığma və montaj olunmuş türk PUA-sın dan daha çox təchizatlara ehtiyac var. Ukrayna müharibəsi Qarabağ müharibəsi kimi rus ordusunun bütün texnikasını bir neçə pilotsuz təyyarə ilə məhv edə biləcək müharibə deyil!

Daha çox oxuyun:
Türkiyənin Rusiya-Ukrayna müharibəsindən çəkdiyi ziyan!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.