Ərdoğan: İraqın şimalında bir türk əsgəri həlak olub

Çərşənbə axşamı 26 Aprel 2022 - 06:51
https://az.iswnews.com/?p=6014

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə prezidenti İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha bir türk əsgərinin həlak olduğunu açıqlayıb.

Cümə günü 22 aprel tarixində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İstanbulda cümə namazından sonra mətbuata açıqlamasında İraqın şimalında “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha bir türk əsgərinin həlak olduğunu bildirib. O əlavə edib, Türkiyə hərbçiləri tərəfindən indiyədək əməliyyatda 45 PKK silahlısı öldürülüb.
Ərdoğan bildirib ki, Əməliyyat bir az vaxt aparacaq. Terrorla mübarizəmizi dayanmadan, yorulmadan davam etdirəcəyik. Ümid edirəm ki, bu əməliyyat minimal itki ilə uğurla başa çatacaq.

Rəcəb Tayyib Ərdoğanın bu sözlərindən sonra Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında daha iki türk əsgərinin həlak olduğunu açıqladı. Beləliklə, Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında verdiyi itkilərin sayı 5-ə çatıb.
Bundan əvvəl Bağdadın qərbində yerləşən Kisak məntəqəsində bomba yüklü avtomobilin partladılması nəticəsində iki türk əsgəri həlak olmuşdu.
Xatırladaq ki, aprelin 18-də səhər saatlarında Türkiyə Müdafiə naziri Hulusi Akarın İraqın şimalında PKK silahlılarına qarşı əmri ilə Türkiyə Silahlı Qüvvələrinin “Qıfıl Pəncəsi” əməliyyatı başlayıb.

Daha çox oxuyun:
İraqın şimalında Türkiyə ordusunun yeni əməliyyatı + FOTO və VİDEO
İraqda daha bir türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir