Rusiya: İsrail Ukraynaya müdafiə avadanlığı göndərərsə, Rusiya cavab verəcək!

Bazar 24 Aprel 2022 - 09:33
https://az.iswnews.com/?p=5868

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təl-Əviv xəbər agentliyi Rusiyanın Təl-Əvivdəki səfirinə istinadən “Kiyevə müdafiə avadanlığı göndərilərsə, Moskva cavab verəcək” deyib.

Rusiyanın işğal olunmuş Fələstindəki səfiri Anatoli Viktorov İsrailin müdafiə naziri Beni Qantsın Ukraynaya gülləkeçirməz jilet və dəbilqələr göndərmək qərarına cavab olaraq deyib: “Biz bu məlumatları diqqətlə nəzərdən keçirəcəyik və təsdiqlənəcəyi təqdirdə ona cavab verəcəyik”.

Qeyd edək ki, aprelin 20-də sionist rejimin müdafiə naziri elan edib: Ukraynanın təkrar tələblərindən sonra mülki yardım qüvvələri və tibb işçilərinin istifadəsi üçün bu ölkəyə gülləkeçirməz jiletlər və dəbilqələr göndəriləcək. Ukraynanın müdafiə naziri ilə söhbətində o, Təl-Əvivin yeni qərarı barədə ona məlumat verib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir