Tunis: İsrail Fələstin məsələsinin mahiyyətini dəyişməyə çalışır

Şənbə 23 Aprel 2022 - 17:47
https://az.iswnews.com/?p=5863

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tunisin xarici işlər naziri Ərəb ölkələrinin Xarici İşlər Nazirləri Komitəsinin İordaniyada keçirilən iclasında sionist rejimin Qüds və Əl-Əqsa məscidindəkı tarixi və hüquqi vəziyyəti dəyişdirmək səyləri barədə xəbərdarlıq edib.

Tunisin xarici işlər naziri Osman əl-Cərəndi İordaniyanın paytaxtında keçirilən ərəb ölkələrinin Xarici İşlər Nazirləri Komitəsinin iclasında deyib: “Ərəb dünyası sionist rejimin təxribatçı hərəkətlərinə qarşı həmrəy olmalıdır, çünki bu siyasətlər fəlakətlidir və təkcə Fələstində deyil, bütün dünyada təhlükəsizlik və sülhə xələl gətirir.
“İsrailin təcavüzü fələstinlilərin 74 illik əzabına son qoymaq üçün beynəlxalq mövqe tələb edir və bu, dünya insanları üçün bir sınaqdır”, – əl-Cərəndi bildirib.
O, vurğulayıb ki, beynəlxalq ictimaiyyət sionist rejimin Fələstin məsələsinin mahiyyətini dəyişdirmək istiqamətində hərəkətlərinin təhlükələrini dərk etməlidir və Fələstin məsələsi beynəlxalq ictimaiyyətin prioritetləri sırasında olmalıdır.

Xatırladaq ki, aprelin 21-də İordaniyanın dəvəti ilə bu ölkənin paytaxtı Əmmanda ərəb ölkələrinin Xarici İşlər Nazirləri Komitəsinin iclası keçirilib və Fələstində baş verən son hadisələr, sionist rejimin qarşısının alınması yolları müzakirə edilib.
Komitəyə İordaniyanın sədrliyi ilə Əlcəzair, Səudiyyə Ərəbistanı, Fələstin, Qətər, Misir, Mərakeş və Tunis daxildir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir