Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb, qətnamə qəbul olunub + VİDEO və FOTO

Şənbə 23 Aprel 2022 - 16:56
https://az.iswnews.com/?p=5832

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.

İlk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib.

Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin adından dövlət qurumlarına təşəkkür bildirilib.

Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri – qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib.

Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında diasporun gələcək fəaliyyəti ilə bağlı səmərəli müzakirələrin aparıldığını söyləyib və qurultay iştirakçılarına təşəkkürünü bildirib.

Bununla da Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb.

Qeyd edək ki, bu Qurultay 22 aprel tarixində Şuşa şəhərində başlamışdır. Burada Prezident İlham Əliyev və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev və sair mühüm rəsmi dövlət işçiləri çıxış ediblər.

Lakin maraq doğuran məqamlardan biri də bu Qurultay əsnasında keçirilən şadlıq və rəqs konsertidir. Oxu.az-a istinadən videonu təqdim edirik:

Report bildirir ki, cümə günü 22 aprel günortadan sonra keçirilən konsertdə rəqs qrupları da iştirak ediblər:

Həmçinin qeyd olunması zəruri olan budur ki, bu Qurultay Zəfər Qurultayı adlandı. Bu zəfəri ələ gətirən şəhidlərdir. Həmin şəhidləri ərsəyə gətirən isə din dir. Ötən gecə və bu gün dinin sütunu olan Həzrət Əlinin (ə) matəm günləri dir. Bu isə bir-biri ilə ziddiyyət daşıyır. O dahi İmamı sevənlərlə dolu olan Azərbaycan üçün hökumətin bu hərəkəti əsla yaraşmır və analitiklər bunun bilərəkdən və qəsddən olduğunu bildirirlər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir