Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əlli Doqquzuncu Günü, 23 Aprel 2022

Şənbə 23 Aprel 2022 - 14:37
https://az.iswnews.com/?p=5818

– Xarkov vilayətinin Balakliya rayonunda Ukrayna ordusunun silah anbarlarının aşkarlanmasının Rusiya hərbi videosu.
Rusiya ordusu bildirir ki, anbarlarda tanklar, artilleriya və zenit-raket kompleksləri üçün minlərlə ton sursat var. Bu sursatlar sovet dövründən qalma, həmçinin ABŞ və Avropa ölkələrinin göndərdiyi silahlardır.

– Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna səhiyyə mərkəzlərinə 162 hücumun edildiyini bildirib. Hücumlar 24 fevral – 20 aprel arasında baş vermiş, 73 nəfər həlak olmuş, 52 nəfər yaralanmışdır.
Hesabatda qeyd edilir ki, Ukraynada ümumi vəziyyət pisləşir və aprelin 20-dək Ukrayna vətəndaşlarının 7,7 milyon nəfərinin (Ukrayna əhalisinin təqribən 16%-i) ölkə daxilində məcburi köçkünə çevrildiyini təsdiqləyir.

– Luqanskın şimal-qərbindəki Severodonetsk şəhərinin içindən ukraynalı jurnalistin videosu.
Hazırda şəhər mülki şəxslərdən təxliyə edilib və Severodonetskin şimal cəbhəsində toqquşmalar gedir. Rusiya hərbçiləri şəhəri ələ keçirmək üçün hələ də qurudan böyük hücuma keçməyib və hücumların əksəriyyəti artilleriya və hava zərbələridir. Severodonetsk Ukrayna ordusunun Luqansk vilayətindəki son ön xəttidir.

– Sevastopol qubernatoru Mixail Razojayev Moskva kreyserinin baş komandirlərindən biri İvan Vaxruşevin yanğın zamanı həlak olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva kreyserində baş vermiş yanğın nəticəsində 1 dənizçi həlak olub, 27 nəfər itkin düşüb, 396 nəfər isə təxliyə edilib.

– Ukrayna ordusu Xarkovun şimalındakı Bezruki, Slatina və Prodyanka rayonlarına nəzarəti ələ keçirib. Donbas bölgəsinin digər cəbhə xəttlərində də qarşıdurmalar davam edir, lakin hərbi vəziyyətdə ciddi dəyişiklik yoxdur.

– Rusiya ordusuna məxsus qanadlı raketin Ukraynanın cənubundakı Odessa şəhəri üzərində uçması və zərbə videosu.
Ukrayna mənbələrinin məlumatına görə, Rusiyaya məxsus iki raketin Odessa şəhərində yaşayış məntəqələrini vurması nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir