Terror aktı; Bu dəfə Kunduz əyalətindəki əhli sünnə məscidində + VİDEO və FOTO

Şənbə, 23 Aprel 2022 - 00:14
https://az.iswnews.com/?p=5788

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kunduz vilayətinin şimalında İmam Sahib şəhərində məscidə edilən terror aktı nəticəsində 70-dən çox dinc sakin şəhid olub və yaralanıb.

Aprelin 22-də İmam Sahib şəhərinin Çenar Seyid Cəlal məhəlləsindəki Möləvi İsgəndər Xaniqah məscidinə kamikadze hücumu nəticəsində 33 mülki şəxs şəhid olub, 43 nəfər yaralanıb.
Yerli mənbələrin məlumatına görə, kamikadze “Möləvi İsgəndər Xaniqah”nın din tələbələri və əksəriyyəti özbəklərdən ibarət bir sıra yerli sakinlər məscidin həyətində zikr edərkən özünü partladıb.

Bu, son günlər Kabil, Məzari-Şərif və Kunduzda dinc sakinlərə və insanlara qarşı beşinci terror aktıdır. Aprelin 21-də Kunduz şəhərinin Sar-e-Dor məhəlləsində ehtiyacı olanlar üçün buğda paylama məntəqəsində mini avtobusa yerləşdirilmiş maqnit bombasının partlaması nəticəsində 30-dan çox mülki şəxs şəhid olub və yaralanmışdır.

Taliban sözçüsü hücumları qınayıb və cinayətkarları həbs etməyə çalışdıqlarını bildirib. Hələlik heç bir qruplaşma Kunduzdakı terror aktlarına görə məsuliyyəti üzərinə götürməyib, lakin İmam Sahibdəki hücumların İŞİD terror qruplaşmasının üzvləri tərəfindən törədildiyi istisna edilmir.

Daha çox oxuyun:

Məzari-Şərif və Kunduzda terror partlayışları + FOTO

Terrorçu partlayışlar Kabilin qərbindəki təhsil mərkəzlərini qana bürüyüb + FOTO

Video №1: Terror partlayışından sonra Möləvi İsgəndər Xaniqah məscidi
Video №2: Terror partlayışından sonra Möləvi İsgəndər Xaniqah məscidi
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.