Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əlli Səkkizinci Günü, 22 Aprel 2022

Cümə, 22 Aprel 2022 - 22:41
https://az.iswnews.com/?p=5775

– Ukraynaya gedən əsas yanacaq xətlərindən biri Ukrayna-Moldova sərhədində yerləşən Otaçi-Nima sərhəd dəmir yoludur. Dnestr çayı üzərindəki dəmir yolu körpü vasitəsi ilə birləşdirilir. Yerli mənbələr hər gün körpüdən yanacaq tankerləri daşıyan bir neçə qatarın keçdiyini bildirir.
Bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri son zamanlar Qərbin Ukraynaya göndərdiyi silahları qanuni hədəf kimi qiymətləndiriblər. Qərbin Ukraynaya hərtərəfli yardımı Rusiyanı Moldova, Polşa və Slovakiyanın sərhədyanı ərazilərinə hava zərbələri endirməyə məcbur edəcəkmi?
Moldova-Ukrayna sərhədi dəmir yolu körpüsünün koordinatı:
27.766381, 48.460294

– Ukrayna PUA-ları Rusiya daxilində tank qəbiristanlığını aşkar ediblər!
Aprelin 16-da Ukraynanın PUA-larının görüntülərində Rusiyanın qərbində yerləşən Belqorod əyalətindəki hərbi bölgədə 57 hərbi və zirehli texnika o cümlədən, 17 T-72 tankı və …, 7 məhv edilmiş özüyeriyən haubitsa və bir neçə qoşqu və maşın göstərilir.
Həmin hərbi texnikalar Ukrayna müharibəsində zədələndikdən sonra təmir üçün bu yerə göndərilib.
Ukraynanın verdiyi son statistik məlumatlara görə, Ukrayna əlli səkkiz günlük müharibədə Rusiya ordusunun 829-dan çox tankı və 2118 zirehli texnikasının məhv edildiyini bildirib.

– Raket zərbəsi zamanı Rusiya Silahlı Qüvvələri Qara dənizdəki hərbi gəmisindən Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə və infrastrukturuna dörd Kalibr qanadlı raket atıb.

– Bu gün səhər saatlarında Ukrayna ordusuna məxsus “Antonov 26” (An-26) Ukrayna hərbi-nəqliyyat təyyarəsi Zaporojye vilayətinin Mixaylovka rayonunda qəzaya uğrayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ukrayna mənbələri qəzaya səbəb kimi ildırım vurmasını bildirərək təyyarəyə Rusiyanın hücumu ehtimalını düz bilməyiblər!

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.