Azərbaycan hakimiyyətinin dini qadağaları Qədr gecələrinə çatdı

Cümə, 22 Aprel 2022 - 19:20
https://az.iswnews.com/?p=5766

Azərbaycan hökumətini tənqid edən Şeyx Orxan Məmmədov Ramazan ayının 19-cu gecəsində baş vermiş hadisələrə toxunaraq “İslam Dünyası Xəbərləri” informasiya mərkəzinə verdiyi müsahibədə deyib: “Azərbaycan Respublikası hökuməti Ramazan ayının ilk Qədr gecəsinin şiə məscidlərində keçirilməsinə əvvəlcədən elan vermədən mane olub.”

Azərbaycan polis qüvvələri İcra Hakimlərinin əmri ilə Ramazan ayının ilk Qədr gecəsinin qarşısını almaq məqsədilə aprelin 20-si çərşənbə günü axşam saatlarından etibarən ölkədəki şiə məscidlərinin qarşısına yerləşdirilib.

Şeyx ölkə daxilində Qədr gecələri mərasimlərinin məhdudlaşması ilə əlaqədar bildirib: “Məhdudiyyətlər bütün rayonlarda eyni olmayıb. Şəmkir rayonunda və Bakının ətraf qəsəbələrində, o cümlədən Maştağada İcra Hakimləri heç bir şəraitdə mərasimin keçirilməsinə icazə verməyiblər. Bu məntəqələrdə polis məscidlərin qapılarını bağlayıb və insanları dağıdıb. Amma bəzi yerlərdə, məsələn, Lənkəran, Gəncə və digər ərazilərdə gecə saat birə qədər icazə verərək saat məhdudiyyətləri qoyublar. Həmçinin 14 yaşından kiçik uşaqlar və yeniyetmələrin məscidlərə buraxılması qadağan, məscidlərdə isə yalnız böyüklərin ibadət etməsinə icazə verilir.”

Şeyx Orxan Məmmədov

Azərbaycan İslam Partiyasının Astara komitəsinin sədri, keçmiş siyasi məhbus Ruhullah Axundzadə də “İslam Dünyası Xəbərləri” informasiya mərkəzinə mövzu ilə bağlı verdiyi müsahibədə bildirib: “Dini və milli fəallar qondarma ittihamlarla həbs edilərək həbsxanalara göndərilir. Mən də daxil olmaqla bir çox hökumət müxalifləri illərlə mübarizədən sonra ölkəni tərk ediblər və hakimiyyətə qarşı dura biləcək adam qalmayıb”.

O, son illər Azərbaycan hakimiyyəti siyasətlərinin müxaliflərinə qarşı geniş repressiya və onların miqrasiyaya məcbur olduqlarını bildirərək deyib: “Maide.az” saytının baş redaktoru Höccətül-İslam Şeyx Sərdar Hacıhəsənli (Babayev), ötən il saxta ittihamlarla mühakimə olunan və həbs edilənlərin ən son nümunəsidir. Bu hökm onun Məhərrəm ayında xütbə etmə və rövzə deməyin qadağan olunmasına diqqətsizliyinə görə ona verilib”.

Ruhullah Axundzadə

Azərbaycan İslam Partiyasının üzvü ölkədə din əleyhinə siyasətin davam etdirilməsinə qarşı xəbərdarlıq edərək əlavə edib: “(Ramazanın)19-cu gecə hadisəsi bu ölkədə baş verən acı hadisələrin yalnız bir hissəsidir və mən bu cür hadisələrin Məhərrəm ayında da şahidi olacağımızı ehtimal verirəm.”

Ruhullah Axundzadə hökumətin siyasətinin növbəti məqsədinin bu ölkədəki ailələrinin təməli olduğunu bildirərək qeyd edib: “Azərbaycan müsəlman xalqı ənənəvi olaraq ruhanilərin yanına gedərək nikahlarını orada bağlatdırırlar və məscid dəftərində qeydiyyatdan keçdikdən sonra rəsmi hökumət qurumlarına müraciət edərək öz evliliklərini elan edirlər. Bir qrup şəxs hələ də nikahını rəsmi hökumət qurumlarında qeydiyyatdan keçirməkdən imtina edir. Bu gün dövlət mediaları televiziya verilişlərində və sosial proqramlarda reklam edir ki, sadəcə olaraq nikahın rəsmi hökumət qurumlarında qeydiyyata alınması kifayətdir və ruhanilərin nikah əqdini oxumalarına ehtiyac yoxdur. Bu, dini əqdin qadağan olunmasına və din xadimlərinin cərimə olmalarına aid qanunun yaranmasına yol aça bilər.”

O, Azərbaycan hökumətinə qarşı təzyiqlərə təkid edərək deyib: “İran İslam Respublikası İslam dünyasında dini fəaliyyətlərin ən mühüm dəstəkçisidir, lakin Azərbaycanda baş verən hadisələrə, o cümlədən dini fəallara qarşı uydurulmuş ittihamlara rəsmi reaksiya göstərmir və Azərbaycan hökuməti ilə ticarət müqavilələri imzalayır.”

Daha çox oxuyun:
Azərbaycan müsəlmanları dini məhdudiyyətlərinin ifşası
Azərbaycanda din əleyhinə məhdudiyyətlər və Türkiyə faktoru

Azərbaycan polisinin Maştağa qəsəbəsində Qədr gecəsi mərasiminin keçirilməsinə mane olması
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.