Şahbaz Şərif; Pakistanın yeni baş nazirini daha yaxşı tanıyın!

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə, 22 Aprel 2022 - 05:55
https://az.iswnews.com/?p=5754

Mian Məhəmməd Şahbaz Şərif «Muslim Liq Şaxe Nəvaz» partiyasının (Pakistanın ortayönlü sağ cinahlı partiyalarından) lideri və Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qardaşıdır. O, 2017-ci ildən Pakistanın baş nazirliyinə namizəd və son gərginliklər zamanı İmran Xana müxalif olan partiyalara rəhbərlik edib.

Şahbaz Şərifin Pakistanın baş naziri seçilməsi Pakistanın keçmiş baş naziri İmran Xanın ABŞ-ın Pakistandakı planları və onun müxalif partiyalarının Qərblə əlaqəsi ilə bağlı iddialarının daha aydın olduğunu göstərdi. Amma əsas məsələ kimi nəzərə almaq lazımdır ki, Pakistan hökumətinin təhlükəsizlik qurumunun qərarları ölkənin kiber-siyasətlərinin formalaşmasında çox effektivdir. Britaniya və ABŞ-ın himayəsində olan Pakistan kəşfiyyat agentliyi (ISI) bölgədəki vəziyyətə təsir göstərməyə çalışır və İmran Xan kimi insanların uyğunsuzluğu ilə həmişə ağıllı davranır. Deməli, problemin kökü Pakistan hökumətinin təməlindədir.
İqtisadi korrupsiya, səmərəsizlik, siyasi və dolanışıq problemləri illər ərzində müxalifətin etirazlarına səbəb olan və müxtəlif Pakistan hökumətlərini devirən bəhanələrdən bəziləridir. Amma bu təkrar olunan bəhanələr başqa partiya hakimiyyətə gələndə yenədə mövcuddur və dövlət yalnız bir hakimiyyətdən digərinə ötürülür! Çünki Pakistan hökuməti belə məsələləri həll etmək iqtidarında deyil, bunu Pakistanın ərəb ölkələrindən aldığı maliyyə borcları da sübut edir.
Bu asılılıqlar BƏƏ və Səudiyyə Ərəbistanı kimi nisbətən inkişaf etmiş ölkələrə Pakistanı regional siyasətlərində oynatmağa və müxtəlif mərhələlərdə ondan yararlanmağa imkan verib.

İmran Xan xarici siyasətində, xüsusən də Çin və Rusiya ilə münasibətlərdə heç vaxt Pakistanın əsl və köklü təşkilatı çərçivəsinə zidd hərəkət etmədi və onun mövqeləri əslində hökumətin və o bünövrənin mövqeyi idi. Onun Rusiya-Ukrayna müharibəsi, Kəşmir münaqişəsi, Taliban və … ilə bağlı son açıqlamaları da adi insanların bəyənəci və millətçiliklə qarışmış qlobal münaqişələrdə neytrallıq siyasətini əks etdirirdi. Ümumiyyətlə, İmran Xanın bu addımı hökumət və ordu ilə birgə idi, lakin Pakistan hökuməti Qərbin tələblərinə qarşı çıxmaq əvəzinə İmran Xanı onların istəklərinə qurban verdi.

Digər tərəfdən, bu gün Pakistan hökumətinin ehtiyacı Əfqanıstan Talibanının işə gəlməsi ilə yeni güc əldə edən Pakistan Talibanı ilə qarşılaşmaqdır. Onların səyləri və hücumları Pakistan hökumətini devirmək və ölkəni parçalamaqdır və bu, Pakistanın suverenliyinə ən böyük təhlükədir. Belə bir şəraitdə Şahbaz Şərif kimi bir şəxsiyyətin meydana çıxması Qərb və Səudiyyə Ərəbistanı ilə əlaqələri gücləndirə və Pakistanı İmran Xanın tutduğu yoldan uzaqlaşdıra bilər.

Şahbaz Şərif Pakistanda tanınmış siyasətçi olmamışdan öncə Amerika və Səudiyyə demokratları üçün bəyənilən bir fiqurdur. Şahbaz 1993, 2008 və 2013-cü illərdə üç dəfə Pəncabın (Pakistanın ikinci ən böyük əyaləti) baş naziri seçilib. General Pərviz Müşərrəfin çevrilişi zamanı qardaşı Nəvaz Şəriflə birlikdə həbs edilib və daha sonra Səudiyyə Ərəbistanına sürgün edilib. Amma nəhayət 2007-ci ildə Pakistana qayıtdı.
2018-ci ildə keçirilən ümumi seçkilərdə «Muslim Liq Şaxe Nəvaz» partiyasının nümayəndəsi kimi parlamentə daxil olub və qısa müddətdən sonra müxalifət partiyalarının rəylərini qazanaraq Pakistan müxalifətinin lideri ola bilib.
Şahbaz Şərif baş nazir olduqdan sonra çıxışında Çin və region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, İran və … ilə qarşılıqlı fəaliyyət və əlaqələri alqışlayıb və ABŞ və Avropa ölkələri ilə əlaqələrin bərpasına çağırıb.
Şahbaz Şərifin bu mövqeləri və Pakistanda baş verən hazırkı hadisələri birlikdə götürsək, Şahbaz Şərif bu qısa müddət ərzində (yəni 2023-cü ilin avqustunda Pakistanda keçiriləcək növbəti ümumi seçkiyə qədər) öz cəbhəsini parlamentdə daha da möhkəmləndirəcək və hökumətinin siyasətini Pakistanın əsl ordu və təhlükəsizlik təşkilatının siyasətləri ilə tətbiq edəcəkdir. Pakistanın əsas problemləri o cümlədən, iqtisadi problemlərin həlli kimi məsələlər barədə şüarlar səslənsə də bunlar yalnız siyasi arenada təkrar olunan, həqiqətə çatmayan və dildə oyuncaq olan sözlər həddində qalacaq.

Daha çox oxuyun:

Şahbaz Şərif Pakistanın baş naziri oldu

Pakistanın Amerika əleyhinə olan baş nazirini nələr gözləyir?

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.