İsrailin Qəzza zolağına hava zərbələri + FOTO və VİDEO

Cümə, 22 Aprel 2022 - 00:52
https://az.iswnews.com/?p=5725

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail ordusu Fələstin müqavimət dəstələrinin sionist qəsbkarların yaşadığı Sderot qəsəbəsinə raket hücumuna cavab olaraq Qəzza zolağındakı hədəfləri atəşə tutub.

Dünən səhər saatlarında Fələstin müqaviməti sionist işğalçılarının yaşadığı Sderot qəsəbəsini raket atəşinə tutaraq, 4 sionisti yaraladıqdan sonra İsrail ordusu Qəzza zolağındakı hədəflərə hücum etməyə qərar verib.

Hücumların əvvəlində Qəzza zolağının mərkəzindəki Nusayrat düşərgəsindəki əl-Qəssam taborlarına məxsus “İsa əl-Batran” bazası İsrail pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. Daha sonra İsrail qırıcı təyyarələri bazaya 10-a yaxın raket zərbəsi endirib və nəticədə baza daxilində geniş yanğın baş verib.
İsrail tankları və artilleriyası Albridge düşərgəsinin şərqindəki müqavimətin keçid-buraxılış məntəqələrini hədəfə alıb. Həmçinin Xan-Yunis məntəqəsinin şərqi də işğalçıların artilleriyasının hədəfinə çevirilib.

İsrailin Qəzza zolağına aviazərbələrinin ikinci dalğasında Qəzzanın cənubundakı Əl-Məqazi düşərgəsi yaxınlığındakı əl-Qəssam taborlarının “Obaida” bazasına hücum edilib. Bu hücumda İsrail qırıcıları bazaya üç raket atıblar. İsrailin Qəzza zolağının cənubuna endirdiyi aviazərbələr fələstinlilərin mülki evlərinə ciddi ziyan vurub, bir fələstinli yaralanıb.

Fələstin müqavimət dəstələri Qəzza zolağında İsrail qırıcı təyyarələrini yer-hava raketləri ilə atəşə tutublar.
Artıq üçüncü dəfədir ki, Fələstin müqaviməti bu silahdan İsrailin hava təchizatlarını hədəfə almaq üçün istifadə edir. Bundan əvvəl, 2 yanvar 2022-ci il və 19 aprel 2022-ci il tarixlərində fələstinli müqavimət dəstələri Qəzza zolağı səmasında İsrail hava təchizatlarına qarşı çıxmaq üçün Sam-7 zenit raketindən istifadə etmişdilər.

Fələstin müqavimət dəstələri sionistlərin hücumlarına cavab olaraq işğal olunmuş ərazilərə raket zərbələri endirib. Fələstin müqavimətinin Sderot qəsəbəsinə hücumu nəticəsində iki sionist yaralanıb. İbrani mediaları Qəzza zolağından işğal olunmuş ərazilərə yalnız bir raket atıldığını bildiriblər.

Dünən səhərki hücumların maraqlı tərəfi Dəmir Qübbə sistemlərinin özünə zərər vurması idi. Sionist qırıcılarına qarşı Fələstin müqavimətinin güclü zenit atəşi rejimin müdafiə sistemini çaşdırıb və Dəmir Qübbə sistemlərinin öz-özünə məhv olmasına səbəb olub. Dəmir Qübbə sisteminin aktivləşdirilməsindən yayılan videoda yaxınlıqdakı iki sistemin raketlərinin eyni anda atəş açması, bir-birini vurması və bir-birinə zərbə endirməsi görünür!

Hadisədən sonra bir neçə saat ərzində Fələstin müqavimət dəstələri gərginliyin artmasının qarşısını almaq və İsrail ordusunun hücumlarına cavab verməmək üçün müxtəlif ərəb və xarici ölkələrdən 36-dan çox zəng vurulub və istənilib.
Gözlənilir ki, Məscidül-Əqsada toqquşmaların yenidən başlaması və sionistlərin bu məscidə hücumlarının yenidən başlaması ilə gərginlik artacaq və biz Fələstin ilə sionist rejim arasında yeni döyüş mərhələsinin şahidi olacağıq.

Daha çox oxuyun:
Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket zərbələri endirib
Sionist qırıcıları Qəzza zolağına hücum edib + FOTO və VİDEO

İsrail ordusu Qəzza zolağındakı hədəflərə hücumun videosunu yayıb.
Özünü vuran Dəmir Qübbə sistemləri
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.