Məzari-Şərif və Kunduzda terror partlayışları + FOTO

Cümə axşamı 21 Aprel 2022 - 20:44
https://az.iswnews.com/?p=5708

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Məzari-Şərif, Kunduz və Xoqyani şəhərlərində törədilən bir neçə terror partlayışı nəticəsində 81-dən çox insan şəhid olub və yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin Məzari-Şərifdəki müxbirinin verdiyi məlumata görə, günorta azanından bir neçə dəqiqə sonra Roza Şərifin şimal qapısında yerləşən Sedukan (şiələrə məxsus) məscidinin içərisində dörd partlayış baş verib.
İlkin məlumata görə, şəhid və yaralıların sayı 40-dan çoxdur və camaat onları Əbu Əli Sina xəstəxanasına aparmağa çalışıblar. Bəzi yerli mənbələr də şəhid olanların sayının 22, yaralıların isə 32-dən çox olduğunu bildirir.

Həmişə olduğu kimi, Taliban silahlıları jurnalistlərin partlayışları işıqlandırmasına mane olub və partlayışların təfərrüatları aydın deyil.

Partlayışla eyni vaxtda Kunduz şəhər hava limanının kənarında mikroavtobusun və Nənqərhar əyalətinin Xoqyani şəhərində Taliban silahlılarının avtomobilinin marşrutunda daha iki partlayış baş verib. Kunduzda baş verən partlayış nəticəsində 4 mülki şəxa şəhid olub, 18-dən çox insan yaralanıb, Xoqyani partlayışında isə 4 Taliban üzvü ölüb, daha biri yaralanıb.

İŞİD terror qruplaşması bəyanat yayaraq Məzari-Şərif şəhərinin Sedokkan məscidində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Əfqanıstanda terror aktlarının yeni mərhələsinin başlaması ilə çox güman ki, başqa hücumlar da İŞİD terror qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib.

Daha çox oxuyun:

İŞİD Özbəkistan sərhəd-keçid məntəqəsinə raketlərlə hücum edib + VİDEO

Terrorçu partlayışlar Kabilin qərbindəki təhsil mərkəzlərini qana bürüyüb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir