Türkiyə PUA-sı Suriyanın şimalına hava zərbələri endirib

Cümə axşamı, 21 Aprel 2022 - 08:03
https://az.iswnews.com/?p=5689

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, kürd silahlıları ilə mübarizə bəhanəsi ilə Türkiyə hərbi pilotsuz təyyarələri Suriyanın şimalındakı Qamışlı vəEyn əl-Ərəb şəhərlərində iki hədəfə hücum ediblər.

Dünən günorta radələrində Türkiyə hərbi PUA-sı Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinin mərkəzindəki binanı hədəfə alıb. Yerli mənbələr həmin yerin Suriya Demokratik Qüvvələrinə (SDQ) aid olduğunu iddia edib.
İlk hücumdan bir neçə saat sonra Türkiyə PUA-sı Suriyanın şimalındakı Eyn əl-Ərəb şəhərinin cənubunda İdiq-Taxtak yolunda avtomobili hədəfə alıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib, Suriya Demokratik Qüvvələrinə yaxın media qurumları isə hələlik hücumla bağlı şərh verməyib.

Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi elan edib: Daxili Təhlükəsizlik Qüvvələrinin (YPG) “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” əməliyyat bölgələrində əməliyyat keçirməyi planlaşdıran 9 nəfər Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları zamanı həlak olub. Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, əməliyyat Türkiyə ordusunda həlak olanların qanının qisasını almaq məqsədilə həyata keçirilib.

Türkiyə Suriyanın şimalında və şimal-şərqində Rusiya və ABŞ ilə əldə etdiyi atəşkəs razılaşmalarını pozur və son iki gündə İraqın şimalında yeni hərbi əməliyyatlar başladığı üçün Suriyanın şimalına qurudan və havadan intensiv zərbələr endirib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.