Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əlli Yeddinci Günü, 21 Aprel 2022

Cümə axşamı, 21 Aprel 2022 - 18:31
https://az.iswnews.com/?p=5675

– 24 fevral – 27 mart tarixləri arasında xarici dövlətlər Ukraynaya nə qədər dəstək verdilər?
Qırmızı: Maddi yardım
Mavi: Humanitar yardım
Sarı: Hərbi dəstək
Bu müddətdə Ukraynaya ən çox hərbi və humanitar dəstəyi ABŞ, ən çox maliyyə dəstəyini isə Polşa verib. İngiltərə bu cədvəldə üçüncü yerdədir.

– Rusiya mediası Azovstal zavodunun ətrafındakı binalardan təxliyə edilən mülki şəxslərin videosu.
Rusiya qüvvələri dünən, aprelin 20-də 250-dən çox mülki şəxsi ərazidən təxliyə edildiyini açıqlayıb.

– Rusiya ordusu və “Luqansk Xalq Qüvvələri”nin (LXR) Rubijenenin şimal-qərb xəttində irəliləməsi ilə şəhərin Ukrayna ordusunun nəzarətində olan son əraziləri rus ordusu tərəfindən ələ keçirilib. Ukrayna qüvvələri də Severodonetsk şəhərinə geri çəkilib. Bu dəyişikliklər gələcək münaqişələrin Severodonetsk üzərində cəmlənəcəyini və Rusiyanın mühasirəni tamamlamaq üçün hərəkətə keçəcəyini göstərir.
Bu videoda Rusiya ordusu və Luqansk qüvvələri Rubijene şəhərinin yeni ərazilərinə, o cümlədən karton fabrikinə daxil olur.

– Rusiyanın T-72 tankı Ukrayna ordusunun mövqelərini atəşə tutub.
Atəşdən sonra top borusunun cəhəti yenidən mərmi yükləmə üçün dəyişdirilir və yükləmə başa çatdıqdan sonra boru ilkin vəziyyətinə qayıdır.

– Rusiyanın müdafiə naziri Mariupol şəhərini (Azovstal Sənaye Zonası istisna olmaqla) ələ keçirdiyini elan etdikdən sonra bir sıra rus qoşunları və Donetsk qüvvələri münaqişə zonasının digər hissələrinə və Ukrayna hərbçiləri ilə təmas xəttlərinə köçürülüb.
Hazırda Mariupolun Azostal sənaye zonasında Rusiya və Donetsk qüvvələri ilə Ukrayna hərbçiləri arasında toqquşmalar davam edir.

Daha çox oxuyun: Mariupol şəhərindəki son vəziyyət, 20 Aprel 2022

Putin Rusiya müdafiə nazirinə müraciət edib: “Azovstal”a hücum etməyin, onu mühasirəyə alın!
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolun tam ələ keçirildiyini elan edərək bildirib ki, hələ də təxminən 2000 Ukrayna əsgərinin yerləşdiyi Azovstal polad zavodu istisna olmaqla, Mariupol şəhəri Rusiya Federasiyası və Donetsk Xalq Qüvvələri (DXR) tərəfindən nəzarətə götürülüb.
Görüş əsnasında Putin Rusiya ordusunun Azovstal zavoduna hücum planlarını ləğv edib və mühasirəni davam etdirməyi əmr edib. Putin deyib: “Mən sizin Azovstal zavodunun sənaye sahəsinə təklif etdiyiniz hücumu yersiz hesab edirəm. Mən sizə əmr edirəm ki, onu ləğv edin və onlar tamamilə təslim olana qədər onu mühasirəyə alın. Biz əsgərlərimizin həyatını xilas etmək barədə düşünməliyik”.

P.S: Putinin ukraynalıları təslim etmək əmri, onları öldürməkdən və yarı dağılmış zavodu ələ keçirməkdən qat-qat dəyərlidir. Təbii ki, Azovstalda Azov batalyonu qüvvələrinin öldürülməsi ukraynalıları onlardan növbəti dəfə qəhrəman düzəltməyə sövq edəcək və onların təslim olmasının ruslar üçün dəyərli mesaj verir.

– Ukrayna mətbuatı İzyum səmasında Rusiyanın Su-34 qırıcı təyyarəsinin məhv edilməsinin videosunu yayıb.

2022-ci il fevralın 24-dən aprelin 21-dək Rusiya ordusunun ümumi itkiləri ilə bağlı Ukrayna mediasının statistikası:
21 mindən çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
829 tank, 2118 hərbi maşın, 393 artilleriya qurğusu, 136 reaktiv yaylım atəşi sistemi, 67 hava hücumundan müdafiə sistemi, 172 təyyarə, 151 helikopter, 1508 ağır texnika, 8 yüngül sürətli qayıq və hərbi gəmi, 76 yanacaq tankeri və 166 PUA məhv edilib.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.