Sionistlər Əl-Əqsa məscidinə yenə hörmətsizlik ediblər

Çərşənbə 20 Aprel 2022 - 06:03
https://az.iswnews.com/?p=5609

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, onlarla işğalçı sionist İsrail rejimi polisinin himayəsi ilə yenə Məscidül-Əqsaya hörmətsizlik ediblər.

Dünən sionist rejim hərbçiləri Məscidül-Əqsada səhər namazı vaxtı bir neçə fələstinli namazqılana hücum ediblər. Onlar hərbçilərin sayını artırmaqla sionist mühacirlər üçün bu müqəddəs məkana daha çox və rahat hörmətsizlik etmək üçün zəmin yaradıblar.
İsrail qüvvələri Qubla namazxanasında fələstinli namazqılanları mühasirəyə alıb və sionist mühacirlərin Məscidül-Əqsaya hörmətsizlik etdikləri bir vaxtda onlar Qubla namazxanasına gözyaşardıcı qaz qumbaraları atıblar.
Bir neçə saat sonra İsrail əsgərləri fələstinli namazqılanlara hücum etdikdən sonra Məscidül-Əqsadan geri çəkiliblər.

İordan çayının qərb sahilində, Nablusun şimalındakı Bərqa qəsəbəsində fələstinlilərlə İsrail qüvvələri arasında dünən baş verən qarşıdurmada 72 nəfər yaralanıb. İşğalçı sionist hərbçiləri sionist mühacirlərə əraziyə basqın etmək üçün yol açmaq naminə torpaqdan kiçik təpələr düzəldərək Bərqa qəsəbəsinin girişini bağlayıblar.

Sionist mediaları İsrail qırıcılarının Fələstin müqavimət dəstələri tərəfindən atılan zenit raketləri səbəbindən Qəzza zolağından qaçdığını bildirdikdən sonra HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam taborlarının rəsmi saytı İsrailə qarşı zenit-raketlərdən istifadənin videosunu yayıb.
Dünən yerli vaxtla saat 01:35-də Əl-Qəssam taborları qüvvələri Qəzza zolağında İsrail qırıcı təyyarələrini yer-hava tipli raketlərlə atəşə tutublar.

Daha çox oxuyun:
Sionist qırıcıları Qəzza zolağına hücum edib + FOTO və VİDEO
İşğal olunmuş ərazilərə Fələstin müqaviməti raket hücumu edib
Sionist işğalçıları Əl-Əqsa məscidinə yenədən basqın ediblər + FOTO

Fələstin müqaviməti tərəfindən zenit raketlərinin atılması anı
İsrail qüvvələrinin Məscidül-Əqsada səhər namazı vaxtı çox sayda fələstinli namazqılana hücum etmələri
Sionist rejim hərbçiləri Əl-Əqsa məscidinə basqın və fələstinli namazqılanlara hücum etdikdən sonra oranı tərk ediblər.
Nablusun şimalındakı Bərqa qəsəbəsində dünən fələstinlilərin İsrail hərbçiləri ilə toqquşması nəticəsində yaralananların sayı 72-yə çatıb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir