İŞİD Özbəkistan sərhəd-keçid məntəqəsinə raketlərlə hücum edib + VİDEO

Çərşənbə 20 Aprel 2022 - 02:44
https://az.iswnews.com/?p=5588

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İŞİD terror qruplaşması Əfqanıstandan Termez şəhərindəki Özbəkistan sərhəd-keçid məntəqəsinə raket zərbəsi endirib.

İŞİD ünsürləri aprelin 18-də Bəlx vilayətinin şimalında yerləşən Sərçah bölgəsindən ilk dəfə olaraq Termez şəhərindəki Özbəkistan sərhəd-keçid məntəqəsinə on Katyuşa raketi ilə hücum edib.

Özbəkistanın rəsmi mənbələri hücumun təfərrüatlarını hələlik açıqlamayıblar. Özbəkistandakı bəzi hökumət rəsmiləri də İŞİD-in Termez şəhərindəki Özbəkistan sərhəd məntəqələrinə raket hücumu ilə bağlı iddiasını təkzib ediblər.

Qeyd edək ki, İŞİD-in Əfqanıstandakı ünsürlərindən bəziləri Orta Asiya ölkələrinin, o cümlədən Özbəkistanın vətəndaşlarıdır. Bu şəxslərin bəzən “Əl-Qaidə”, “İslami Təhrik-e-Özbəkistan” və digər terror qruplaşmalarında fəaliyyət təcrübələri var.
İslami Təhrik-e-Özbəkistan son illərdə Özbəkistanla yanaşı Pakistanda da fəaliyyət göstərən qrupdur. Onlar fəaliyyətlərinə 2004-cü ilin martında başlayıblar və Pakistan ordusuna qarşı müharibədə Pakistan Talibanı və Əl-Qaidə ilə birlikdə vuruşublar.

Video №1: Özbəkistan ordusunun Termez bölgəsindəki mövqelərinə raket atılma anı
Video № 2: İŞİD-in Hirtan qəsəbəsi ətrafında yerləşən Sərçah məntəqəsindəki İŞİD raketlərinin atıldığı yer
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir