Sionist işğalçıları Əl-Əqsa məscidinə yenədən basqın ediblər + FOTO

Çərşənbə axşamı 19 Aprel 2022 - 14:46
https://az.iswnews.com/?p=5495

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail hərbçiləri basqının ardından Fələstinli namazqılanlar məsciddən çıxarılıblar, həmçinin bu müqəddəs məkana sionist mühacirləri yəhudi Pasxa bayramının ikinci günündə hörmətsizlik ediblər.

Dünən səhər, sionist rejimin hərbi qoşunları sionist mühacirlərin hücumlarına dəstək olaraq məscidə hücum ediblər. İsrail hərbçiləri bu müqəddəs məkana sionist mühacirlərinin daxil olub hörmətsizlik etməsini təmin etmək üçün məscidin mərkəzi və ətraf həyətlərində namazqılanları qovub.
Sionist hərbçiləri məscidin girişlərində yerləşdirilərək 50 yaşdan az olan fələstinlilərin girişinin qarşısını alıblar. Ayrıca, İsrail işğalçıları əl-Əqsa məscidinin içərisində bir sıra Fələstinli namazqılanları mühasirəyə alıb və onları oranı tərk etməyə icazə verməyiblər.

Yəhudi bayramı Pasxanın ilk iki günü ərzində sionist medialarının elan etdiyinə görə, cəmi 1422 sionist məscidə daxil olaraq oraya hörmətsizlik ediblər. Qeyd edək ki, bununla bağlı bir neçə gün əvvəl, Fələstin müqavimət dəstələri İsrail rəsmilərinə xitabən xəbərdarlıq etmişdilər. Həmçinin Əl-Əqsa məscidinə qarşı hər növ hörmətsizliyin nəticəsi barədə məsuliyyəti sionist rejim hökuməti üzərinə olacağını bildirmişdilər.

Daha çox oxuyun:
Fələstində baş verən son hadisələr; Cənində bir fələstinlinin şəhadəti və Əl-Əqsa məscidində davam edən qarşıdurmalar
İsrail ordusu Əl-Əqsa məscidinə basqın edib + FOTO və VİDEO

Əl-Əqsa məscidində sionistlərin olmasının əks etdirən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir