Məqalə: İŞİD üçün medianın əhəmiyyəti

Mustafa Pakdel
Yazar:Mustafa Pakdel
Çərşənbə axşamı, 19 Aprel 2022 - 02:41
https://az.iswnews.com/?p=5474

2017-ci il noyabrın 21-də general Hacı Qasim Süleymani İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktubda İŞİD hakimiyyətinin 6 il bölgəni özünə məşğul etməsindən sonra sona çatdığını rəsmən elan etsə də, bu terror qruplaşmasının mediası dayanmır, öz fəaliyyətini göstərir və məhdud ünsürlərinin xəbərlərini qısada olsa yayımlayır.

Media Qərb ölkələrinin müqavimət cəbhəsi ilə üzləşmək üçün əsas vasitələrindən biri, həmçinin müqavimət düşmənlərinin daha az xərclə mübarizə aparması üçün bir vasitəsi hesab olunur. Terrorçular böyük media xərclərini xərc kimi deyil, investisiya kimi görürlər. İŞİD mediasını işə salmaq və onu böyük bir nəhəngə çevirmək ərəb və qərb ölkələrinin ortaq işlərindən biridir.

Suriya və İraqın mühüm şəhərlərini işğal etdikdən sonra və İŞİD-in irəliləməsi ilə eyni vaxtda bu terror qruplaşmasının media fəaliyyəti də pik həddə çatdı. Yeni yaradılmış terror qruplaşmasının media qisminin müxtəlif media sahələrində belə təcrübəyə və texnikaya malik olduğuna az adam inana bilər. Məşhur ərəb və qərb medialarının İŞİD qruplaşmasına geniş dəstəyi və xəbərlərinin dərci bu terror qruplaşmasını dünyanın əsas xəbərlərindən birinə çevirdi.
Eyni zamanda, İŞİD media komandasının Twitter, Facebook və YouTube kimi məşhur sosial şəbəkələrdən istifadə etməsi İŞİD-ə qlobal auditoriya qazandırıb və 100-dən çox ölkədə minlərlə insanın İŞİD-ə qoşulmaq üçün can atmalarına səbəb oldu. İŞİD-i digər terror qruplarından fərqləndirən cəhətlərdən biri də onun media komandasının fərqli təbliğat vasitələrindən istifadə etməsidir ki, bu xüsusiyyət də bu qruplaşma tərəfindən terrorçuların yüksək səviyyədə toplanmasının əsas səbəblərindən biri sayıla bilər.

Müqavimət Cəbhəsinin qələbəsi, İraq və Suriyada terrorçuların nəzarətində olan ərazilərin təmizlənməsindən sonra qruplaşmanın media qurumları qısa müddət ərzində öz fəaliyyətlərini azaltdı. Lakin bu azalma sabit qalmadı və İŞİD-in məxfi əməliyyatları artdıqca media fəaliyyətləri də artdı. İŞİD-in Afrika qitəsində inkişafı və bu qitənin bəzi ölkələrində törədilən terror aktları bəzən bu qruplaşmanın müvəqqəti olaraq xəbərlərin əsas başlıqlarına çevrilməsinə səbəb oldu. İŞİD İraq, Suriya, Əfqanıstan, Pakistan, Hindistan, Yəmən və… kimi ölkələrdə varlığını və özünün hələ də ciddi təhlükə olduğunu göstərməyə çalışır.

İndi isə İŞİD-in Qərbi Asiyada mühüm ərazilərə nəzarət etməməsinə və hakimiyyətinin praktiki olaraq yox olmasına baxmayaraq, qruplaşmanın media komandası əvvəlki kimi fəaliyyətini davam etdirir və media fəaliyyətində israrlıdılar. Bu onu göstərir ki, İŞİD komandirləri və tərəfdarları media sektoruna böyük önəm verirlər və bu məsələ Müqavimət Cəbhəsinin qərar vericiləri tərəfindən nəzərə alınmalıdır ki, gələcək müharibələrdə medianın keçmiş problemlərini və zəif tərəflərini bir daha görməyək.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.