İraqda baş verən son hadisələr, 18 Aprel 2022

Bazar ertəsi, 18 Aprel 2022 - 23:06
https://az.iswnews.com/?p=5471

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Səlahəddin əyalətinin şərqində “Hüseyn Abdullah Əl-Safrani” və “Həssan Hadi Əl-Ziyadi” adlı Həşd-Şəəbi qüvvələrinin iki üzvü İŞİD qalıqları ilə toqquşma zamanı şəhid olub.

1- Bağdad:
– Aprelin 13-də İranın səfirliyinin Kazimeyn şəhərindəki qanuni vəkili və nümayəndəsi “Əmcəd Məhəmməd Hüseyn Əl-Musəvinin” avtomobilinə silahlı basqın olub.
– Aprelin 14-də Bağdad vilayətində Amerika işğalçılarının logistik kolonu Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrildi.

2-Neynəva:
Aprelin 16-da səhər saatlarında Mosulun qərbindəki Zamar bölgəsində Həşd-Şəəbi təşkilatının 78-ci briqadasının qərargahı “DJI Matrice 600 heksakopter”indən atılan iki minaatan mərmisi ilə hədəfə alınıb. Hücum zamanı briqadanın komandir müavini yaralanıb.

3- Əl-Ənbar:
– Aprelin 8-də ABŞ-ın İraqın qərbindəki Eyn əl-Əsəd bazasındakı mövqeləri İraq Müqavimət Dəstələri tərəfindən dronla hücumu ilə hədəfə alınıb. ABŞ koalisiyası ABŞ hava hücumundan müdafiə qüvvələrinin dronu vura bildiyini və hücumun zərərsiz olduğunu iddia edib.
– Aprelin 8-də Əl-Ənbar vilayətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrildi.

4- Babil:
– Aprelin 8, 15 və 17-də Babil vilayətində amerikalı işğalçıların logistik karvanları Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrildi.

5- Səlahəddin:
– Aprelin 16-da Səlahəddin əyalətinin şərqində “Hüseyn Abdullah Əl-Safrani” və “Həssan Hadi Əl-Ziyadi” adlı Həşd-Şəəbi qüvvələrinin iki üzvü İŞİD qalıqları ilə toqquşma zamanı şəhid olub.
– Aprelin 10-də Səlahəddin əyalətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrildi.

6- Qədisiyyə:
Aprelin 8 və 10-da Qədisiyyə vilayətində amerikalı işğalçıların logistik karvanları Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrilib.

7- Ziqar:
Aprelin 7 və 10-da Ziqar vilayətində amerikalı işğalçıların logistik karvanları Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrildi.

8- Əl-Müsənna:
Aprelin 17-də Əl-Müsənna əyalətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət Dəstəsinin hədəfinə çevrilib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.