Əmirliklər arasında gərginlik pik həddə çatıb

Cümə, 28 Yanvar 2022 - 17:56
https://az.iswnews.com/?p=541

Yəmənlilərin cavab hücumlarından sonra Əmirliklər ilə Dubay və Əbu-Dabi arasında gərginlik daha da artıb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin ərəbdilli medialara istinadən xəbər verir ki, Yəmənin cavab hücumları, Emaratın hökmdarları arasında, xüsusən də Əbu-Dabi və Dubay əmirlikləri ilə gərginliyi daha da artıb.

Əl-Aləm-in məlumatına görə, bəzi mənbələr BƏƏ Federal Milli Şurasının üzvlərinin Əbu-Dabi şahzadəsi Məhəmməd bin Zayedə son vaxtlar baş vermiş hadisələrlə əlaqədar iclasın çağırışından imtina etməsi ilə bağlı etiraz məktubu göndərdiyini bildirib.

Mənbələr bəyan ediblər ki, Dubay, Əl-Şarca və digər Əmirlik hökmdarları, Məhəmməd bin Zayedin xarici müdaxiləyə əsaslanan siyasəti nəticəsində ölkədə sabitliyi pozan və bunun acı nəticələri barədə dəfələrlə xəbərdarlıq edilib. Çünki Yəmənin raket zərbələri BƏƏ üçün xüsusilə hədəfə almasa da Dubay üçün böyük bir fəlakətdir.

“Emirates Lex” saytında BƏƏ hökmdarları arasında artan gərginliklə bağlı açıqlama, ABŞ Dövlət Departamentinin cümə axşamı öz vətəndaşlarını BƏƏ-yə səfərlərini təxirə salmaq üçün çağırış etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, ötən həftə Yəmən ordusu və xalq komitələri 20 PUA və 10 ballistik raketlə BƏƏ-nin daxilində strateji əhəmiyyətli nöqtələri hədəfə alıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.