Hərbi Məlumat: SMAW-D Səngər Dağıdan Raketi

Bazar ertəsi, 18 Aprel 2022 - 05:36
https://az.iswnews.com/?p=5388

M141 və ya SMAW-D Səngər Dağıdan Raketi gücləndirilmiş konstruksiyaları məhv etmək üçün nəzərdə tutulmuş Amerika birdəfəlik çiyin raketidir. Silah ABŞ Dəniz Piyadalarının SMAW çoxməqsədli raketinin modifikasiyası əsasında hazırlanıb və ABŞ ordusu üçün bu kateqoriyaya aid səngərləri dağıdan silahlardakı boşluğu doldurur.

SMAW-D raketi, RPG seriyalı raketlərə bənzər buraxılış qurğusunun arxasındakı mühərrikdən çıxan işlənmiş qazlar tərəfindən atılır. Bu xüsusiyyət, ilə şəhər mühitində və qapalı məkanlarda silah istifadəçisi və onun ətrafındakı insanlara zərər vurma riski yaradır.

M141 iki əməliyyat konfiqurasiyasına malikdir: daşıma rejimində və atəşə hazırlıq rejimində. Silahı daşıyarkən silahın uzunluğu 810 mm-dir, atəşə hazır olduqda isə atıcının uzunluğu 1400 mm-ə qədər artır.

Bu raketin döyüş başlığı iki növlü (zireh əleyhinə və qəlpəli) yüksək partlayıcı tipli SMAW raketləri döyüş başlığına bənzəyir. Bu döyüş başlığı binaları, beton səngərləri və yüngül zirehli texnikaları məhv etmək üçün istifadə olunur. Bu raketin döyüş başlığı 200 mm-ə qədər beton, 300 mm kərpic və 2100 mm qum torbasına (səngər kimi) nüfuz edə bilir.

M141 Səngər Dağıdan Raketinin texniki xüsusiyyətləri:
Çəki: 7,1 kq
Uzunluq: 810 mm
İstifadəyə verilmə tarixi (ABŞ Ordusu): 1999
Çap: 83,5 mm
Mənzil: 15-1000 metr
Betonda nüfuzetmə miqdarı: 200 mm

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.