Yəmənin cənubluları ilə Tariq Saleh qüvvələrinin Şəbvə neft yataqlarına nəzarət üçün yaranan çəkişmələri

Bazar ertəsi 18 Aprel 2022 - 04:26
https://az.iswnews.com/?p=5375

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Vətənpərvər Müqavimət qüvvələri Şəbvə əyalətinin neft yataqlarına nəzarət etmək üçün Cənub Keçid Şurasının silahlıları ilə qarşıdurma yaşayıblar.

Dünən, aprelin 17-də səhər saatlarında Tariq Salehin komandanlığı altında Vətənpərvər Müqavimət qüvvələri Şəbvə əyalətində yerləşən Beyhan və Useylan şəhərlərindəki neft yataqlarına nəzarət etmək üçün Cənub Keçid Şurasının silahlıları ilə qarşıdurma yaşayıblar. Toqquşma Belharis qəbilələrindən olan silahlıların (Cənubun müttəfiqi) neft yataqlarından Safir neft obyektinə neft daşınmasını dayandırmasından sonra baş verib. Belharis qəbilələri neft satışlarında paylarının azaldılmasına etiraz edir, yanacaq qiymətləri son aylarda kəskin artıb və bu yaxınlarda Şəbvə neft yataqlarına nəzarəti ələ keçirən Tariq Salehin qüvvələri onların etirazını qəbul etməkdən imtina edir.

Hazırda Cənub Keçid Şurasının rəhbəri “İdrus Əl-Zubeydinin” əmri ilə cənub qüvvələrinin geri çəkilməsi ilə bu toqquşmalar dayandırılıb. Lakin onların yenidən qarşıdurma yaşanmaları ehtimalı var.

Əbdrəbə Mənsur Hadi və onun müavini Əli Möhsün əl-Əhmərin sonuncu dəfəki istefaları ilə “istefa vermiş hökumətin prezident şurası”nın üzvləri arasında Yəmənin maliyyə resurslarını ələ keçirmək üçün rəqabət daha da şiddətlənib. Cənub Keçid Şurasının sədri İdrus Əl-Zubeydi və Əli Abdullah Salehin qardaşı oğlu, Vətənpərvər Müqavimət Qüvvələrinin komandanı Tariq Saleh, hər ikisi istefa vermiş Yəmən hökumətinin prezident şurasının üzvləridir.

Daha keyfiyyətli xəritə

Daha çox oxuyun:
Hans Qrundberq: Yəməndə atəşkəs pozulur və Mərib münaqişəsi narahatlıq doğurur!
Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasında İslahat partiyası müxalifətçilik edir
Mənsur Hadi sonuncu dəfə istefa verdi!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir