Türkiyə və İsrail, Avropanın Yeni Enerji Alternativi

Bazar, 17 Aprel 2022 - 05:37
https://az.iswnews.com/?p=5340

Rusiya Federasiyasının hərbi müdaxiləsi ilə Ukraynada müharibənin başlaması dünya enerji bazarına təsir edib. Neft və qazın qiymətinin qalxmasından sonra ən mühüm hadisə Rusiya tərəfindən Aİ bazarına yeni enerji təchizatının məhdudlaşdırılması və şərtləridir. Məhz buna görə də Avropa İttifaqı qaz tədarükü üçün Rusiyadan alışı azaltmağı düşünür.

Avropa isə bu ehtiyacı ödəyə biləcək ölkələri düşünür. Avropanın strategiyası odur ki, ehtiyaclarını bir neçə mənbədən ödəsin ki, bir mənbədən asılı olmasın və bir mənbənin verməməsi nəticəsində digər mənbələrdən özünü təmin edə bilsin.

Köhnə ixracatçılardan neft və qaz alışını artırmaqla yanaşı, Avropa yeni ixracatçılarla əlaqələrini gücləndirməyə çalışır. Son bir ayda Türkiyə ilə İşğal olunmuş Fələstin arasında əməkdaşlıq xəbərləri ekonomi dünya bazarının diqqətini özünə cəlb edib. Aralıq dənizinin şərqində Livan, İsrail və Kipr arasında mübahisəli olan Laviasan və Tamar qaz yataqları Avropa qazının yeni mənbəyidir.

Türkiyənin bu məntəqədə ərazisi yoxdur, lakin Şimali Kiprdə defakto türk hökumətinin yaratması səbəbindən orada qeyri-qanuni kəşfiyyat işlərini davam etdirir. Bu yataqlarda İsraillə əməkdaşlıq xəbərləri və Türkiyənin Ceyhan limanını birləşdirən boru kəməri Avropa strategiyasında dönüş nöqtəsidir.
Bu yataqlar Ceyhan limanının və Avropanın son ixrac terminalına ən yaxın nöqtədir. Buradan Türkiyə Bakı-Tbilisi-Ceyhan tranzit yüklərini Avropaya göndərir. Bu yataqların təhlükəsizliyi İsrail və Türkiyənin hərbi gücünə və NATO-nun Kiprdəki bazasına görə Qafqaz və Liviyadan qat-qat yüksəkdir və onun yaxınlığında hər-hansı bir boru kəmərlərini kəsəcək təsirli donanma yoxdur.

Rusiya Federasiyasının Suriyanın Banias limanındakı dəniz və hava bazası və Suriyanın Latakiyadakı hava bazası boruları kəsəcək qədər effektiv olmasa da, yenə də təhlükə ehtimalı var.
Bu yataqlara qarşı çağırışlara Livan və Kipr hökumətlərinin etirazları ilə birgə, Suriya limanlarındakı İran və Rusiya bazaları və Livandakı iranyönlü qüvvələrin etirazları da daxildir.
Kiprin Avropayönlü olduğundan və defakto Şimali Kipr hökuməti də Türkiyənin bu sahədə təsirinə görə o qədər də müqavimət göstərmir. Onlar öz paylarını götürdükdən sonra dala çəkiləcəklər və əsas problem Aralıq dənizinin şərq sahillərindədir.

Livan hökumətinin parlamentdə və Nazirlər Kabinetində şiə partiyaları da daxil olmaqla İranyönlü qüvvələrin mövcudluğuna qarşı çıxması siyasi anlaşmanı çətinləşdirən ciddi məsələdir. Onlar İsrailə, Türkiyəyə və Avropa Birliyinə qarşı işğala imkan vermirlər; bir halda ki, Livan hökumətinin böhran içində olan iqtisadiyyatından xilas olmaq üçün belə resursa ehtiyacı var. Bu, digər partiyaların payını azaldır. Belə olan halda Avropa Birliyi Avropayönlü qrupları və İranla danışıqları ilə Livan kabinetini özünə cəlb etməyə çalışır.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.