Neynəva əyalətindəki Həşd-Şəəbi qərargahına PUA hücumu olub

Bazar 17 Aprel 2022 - 00:26
https://az.iswnews.com/?p=5269

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Mosulun qərbində Həşd-Şəəbi təşkilatının briqada komandirinin müavini naməlum pilotsuz təyyarənin briqadanın qərargahına hücumu nəticəsində yaralanıb.

Şənbə günü səhər saatlarında Mosulun qərbində, Zəmar bölgəsində Həşd-Şəəbi Təşkilatının 78-ci Briqadasının qərargahı naməlum PUA-nın hücumuna məruz qalıb. Bu hücum nəticəsində 78-ci briqadanın komandir müavini yaralanıb. PUA hücumu ilə bağlı təfərrüatlar açıqlanmayıb, lakin bəzi mənbələr naməlum pilotsuz təyyarənin hücumdan sonra İraq Kürdüstanına uçduğunu iddia edib.

Hücumdan bir neçə dəqiqə sonra hücumun 2 ədəd 60 mm-lik minaatan mərmisi ilə həyata keçirildiyi məlum olub. Həmçinin minaatanların “DJI Matrice 600” hekzakopterindən atıldığı bildirilir.
Hücum Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzani ilə cümə günü axşam saatlarında İstanbulda Delma Bağça Prezident Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra törədilib.
Hələlik daha ətraflı məlumat verilməyib, lakin hücumun müxtəlif səbəblərdən ABŞ, İsrail və hətta kürd regional təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirildiyi istisna edilmir. Maraqlıdır ki, hücumla eyni vaxtda İraqın şimal-qərb və qərb hissələri üzərində Amerikanın bir neçə casus təyyarəsi və yanacaq dolduran təyyarələri uçurdu.

Bu arada İraqın rəsmi xəbər agentliyi İraq təhlükəsizlik mənbələrinə istinadən, Zəmar bölgəsində Həşd-Şəəbi Təşkilatının 78-ci Briqadasının qərargahına pilotsuz təyyarə ilə hücum xəbərinin əsassız olduğunu və partlayış səsinin qərargahda briqadanın 60 mm-lik minaatan mərmisinin partlaması nəticəsində eşidildiyini və hadisə zamanı döyüşçülərdən birinin səthi yaralandığını bildirib.

Bununla belə, hər tərəfin iddiasına dair öz sübutlarını açıqlaması gözlənilməlidir.

Hücum zamanı yaralanan 78-ci Həşd-Şəəbi briqadasının komandir müavininin fotosu.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir