Tebyan Mədəniyyət Mərkəzinin rəhbəri Taliban tərəfindən həbs olundu!

Şənbə 16 Aprel 2022 - 21:34
https://az.iswnews.com/?p=5249

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Taliban kəşfiyyat qüvvələri Kabildəki Tebyan Mədəniyyət Mərkəzinin rəhbəri “Yar Məhəmməd Rəhmati”ni İran İslam Respublikasının səfirliyi qarşısında bir neçə gün öncə gül səpələmək ittihamı ilə həbs edib.

Aprelin 14-ü axşam saatlarında Taliban kəşfiyyat qüvvələri Kabildəki Tebyan Mədəniyyət Mərkəzinin rəhbəri Höccətül-İslam Vəl Müslimin Yar Məhəmməd Rəhmətini İranın Kabildəki səfirliyi qarşısında bu yaxınlarda keçirilən mitinqi təşkil və orada iştirak etdiyinə görə həbs ediblər. Taliban Kabildəki Tebyan Mədəniyyət Mərkəzinin fəaliyyətinə də məhdudiyyətlər qoyub və ofisin bağlanması barədə olan iddialar düz deyil.
Cənab Məzarinin (Əfqanıstan üzrə ümum Tebyan Mərkəzinin rəhbəri) sözlərinə görə, Taliban rəsmiləri əmin ediblər ki, cənab Rəhmətinin həbsi ilə bağlı heç bir problem yoxdur və o, tezliklə öz ofisinə qayıdacaq.

Tebyan Mədəniyyət Mərkəzinin Kabildəki flialının rəhbəri Höccətül-İslam vəl Müslimin Rəhməti aprelin 13-də bir sıra alimlər, yerli ağsaqqallar, mədəniyyət xadimləri, siyasi partiyaların nümayəndələri və digər insanlarla birlikdə İranın Kabildəki səfirliyi qarşısında İran xalqı və hökumətinin əfqanıstanlıları dəstəkləmələrini yüksək qiymətləndirmələri üçün toplaşmışdılar.

Tebyan Mərkəzi Əfqanıstanda sosial-mədəni təşkilatdır və ölkənin bir sıra şəhərlərində, o cümlədən Kabil, Məzari-Şərif, Hərat, Bamyan və… yerlərdə flialları var. Mərkəzin ümum ali rəhbəri Höccətül-İslam Vəl Müslimin “Seyyid İsa Hüseyni Məzari”dir. Mərkəzin Kabildəki ofisinə isə Höccətül-İslam Vəl Müslimin “Yar Məhəmməd Rəhməti” rəhbərlik edir.

Daha çox oxuyun:

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 14 Aprel 2022

Daş yağışlarından çiçək yağışlarınadək; Əfqanıstan xalqı muzdluların İranı təhqir etmələrini qınayıb!

Höccətül-İslam Vəl Müslimin Rəhmətinin həbsi ilə bağlı Tebyan Mədəniyyət Mərkəzinin bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir