Fələstində baş verən son hadisələr; Cənində bir fələstinlinin şəhadəti və Əl-Əqsa məscidində davam edən qarşıdurmalar

Şənbə 16 Aprel 2022 - 05:36
https://az.iswnews.com/?p=5232

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail ordusunun Əl-Əqsa məscidinə hücumu ilə fələstinlilərlə sionist rejim arasında toqquşmalar yenidən başlayıb.

Dünən Cənin-in ətrafındakı Kafrdan kəndində iki gün əvvəl baş verən toqquşmalarda sionist hərbçilər tərəfindən güllələnərək yaralanan 17 yaşlı fələstinli Şövkət Kamal Abed aldığı xəsarətlərin ağırlığı nəticəsində şəhid olub.

Məscidül-Əqsada cümə namazı qılındıqdan sonra İsrail əsgərləri məscidə hücum edərək fələstinlilərlə qarşıdurma yaşayıblar. İsrail ordusunun Əl-Əqsa məscidinə hücumuna baxmayaraq, 50 minə yaxın ibadətçinin iştirakı ilə müqəddəs Ramazan ayının ikinci cümə namazı Məscidül-Əqsada qılınıb. Qarşıdurmalardan sonra və İsrail əsgərlərinin fələstinlilərə atəş açmasından sonra fələstinli gənclər Əl-Əqsa məscidindəki İsrail polis qərargahına hücum ediblər. Eyni zamanda İordan çayının qərb sahili və Qəzza zolağının digər bölgələrinin sakinləri də Əl-Əqsa məscidinə dəstək aksiyası keçiriblər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu münasibətlə, sionistlərin Qüdsdə və işğal olunmuş Fələstində amansız və terror aktlarını davam etdirməsi, Fələstinin müqəddəs məkanlarına vəhşicəsinə basqınını və mübarək Ramazan ayında Məscidül-Əqsada oruc tutanlara və ibadət edənlərə qarşı hücumu kəskin şəkildə pisləyib və xəbərdarlıq edib.

Gərginliyin artmasının ardınca Fələstin müqavimət qrupları İsrail işğalçılarının törətdiyi hər hansı cinayətə cavab vermək üçün yüksək hazırlıq vəziyyətində olduqlarını bildiriblər. Müqavimət qüvvələrinin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar olaraq İsrailin casus pilotsuz təyyarələrinin bu zolağın müxtəlif əraziləri üzərində uçuşu artıb. Sionist ordusu da işğal olunmuş ərazilərin cənubunda Fələstin müqavimətinin təhdidləri səbəbindən yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
Fələstin müqaviməti vasitəçilərə (Misirlilərə) bildirib ki, İsrail işğalçıları öz hərəkətlərini davam etdirsələr, yeni döyüş başlayacaq və HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə Misir kəşfiyyat xidmətini yaranan son vəziyyəti araşdırmağa çağırıb.

İordan çayının qərb sahilində fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir və indiyədək Bita, Beyt Dəcan və Kəfər Qudum qəsəbələrində sionist hərbçilər tərəfindən 20 nəfər yaralanıb.

Münaqişə və vasitəçi tərəflərin (Misirlilər) səylərini nəzərə alsaq, hər an Fələstin və sionist rejim arasında yeni müharibə başlama ehtimalı var.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir