Türk diplomat: İsrail və Türkiyənin birgə təhlükəsizlik təhdidləri var!

Cümə, 15 Aprel 2022 - 03:16
https://az.iswnews.com/?p=5173

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murad Mərcan Təl-Əviv Universiteti Strateji Araşdırmalar Mərkəzinə aid portalda iki ölkə arasında müxtəlif sahələrdə o cümlədən, təhlükəsizlik və enerji məsələlərində əməkdaşlığa çağırış edərək məqalə dərc edib.

Türkiyənin Vaşinqtondakı səfiri məqaləsində qeyd edib ki, Türkiyə və İsrail ortaq məqamları nəzərə alaraq bir-biri ilə sabit dialoq qurmalı, fikir ayrılıqlarını bir kənara qoymalıdır.
Türkiyənin mühüm diplomatlarından olan səfir Türkiyə-İsrail münasibətlərində qarşılıqlı etimadın bərpasına əsaslanan dəyişikliyə çağırıb və onun fikrincə, iki tərəfin bir çox sahələrdə nə üçün əməkdaşlıq etməli olduğunu izah edib!
Murad Mərcan təhlükəsizlik təhdidləri və enerji təchizatı marşrutları üzrə əməkdaşlığa çağırıb və “İslamofobiya və antiyəhuditizm və onun nəticəsində yaranan cinayətlərə qarşı bir dayaq kimi mədəniyyətlərarası bağlılıqlara təşviq edilməsinə” çağırıb. O bildirib ki, hər iki tərəf terrorla mübarizədə birgə fəaliyyət göstərməlidir.

Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2003-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin İsrailə qarşı yürütdüyü siyasət və ritorika ucbatından pisləşib.
İkitərəfli əlaqələr yerində qaldı, lakin birgə fəaliyyətlər azaldı və hətta Türkiyə “İbrahim razılaşması”-na qarşı çıxdı və regiondakı bəzi müsəlman ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasını “Fələstin xalqına xəyanət” adlandırdı.

Ərdoğanın son illərdə İsrailə qarşı sərt mövqeyinə baxmayaraq, Türkiyə prezidenti ötən ilin dekabrında Ankarada İsrail rəsmilərini qonaq edib. O, yəhudilərin Türkiyənin mirasına verdiyi töhfəni və ölkəsinin yəhudi vətəndaşlarına göstərdiyi xeyirxahlığı dilə gətirərək, “Ümid edirəm ki, əlaqələri yaxşılaşdırmaq səylərinə dəstək veriləcək” dedi.
İsrailin Türkiyədəki səfiri həmçinin yazıb: “Türkiyə və İsrail xalqı bu baxışı həyata keçirmək üçün öz prezidentlərini dəstəkləməli və Türkiyə-İsrail münasibətlərində qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan konstruktiv dəyişiklik etmək fürsətindən istifadə etməlidir”.

Ərdoğanın sionist rejimin cinayətlərinə qarşı açıq-aşkar mövqeyindən sonra Türkiyə prezidenti gizli əlaqələrini üzə çıxarmaqla Türkiyə-İsrail münasibətlərində yeni səhifə açmağa qərar verib.

Daha çox oxuyun:

Ərdoğanın Ankarada sionistləri səmimi qarşılaması

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.