Son 24 saatda 5 fələstinli şəhid olub

Cümə axşamı 14 Aprel 2022 - 22:54
https://az.iswnews.com/?p=5143

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif yerlərində beş fələstinli İsrail əsgərləri tərəfindən güllələnib.

Dünən üç gənc fələstinli, Beytləhmin ortasında Qusay Hammareh (14 yaş), Ramallahın şərqində Ömər Məhəmməd Əlian (20 yaş) və Nablusda Məhəmməd Həsən Assaf (34 yaş) İsrail əsgərləri tərəfindən güllələnərək şəhid olublar və bir neçə nəfər yaralanıb.
Bu gün səhər saatlarında İsrail qüvvələri İordan çayının qərb sahilinin şimal-qərbində Cənin-ə hücum edərək iki fələstinli gənc Şas Kamcaci və Mustafa Faysal Əbu əl-Rəbbi şəhid, altı nəfəri yaralayıb.

Dünən Fələstin müqavimət qrupları HƏMAS-ın Qəzzadakı siyasi bürosunun rəhbəri Yəhya əs-Sənvarın ofisində görüş zamanı İordan çayının qərb sahili, Qüds və işğal olunmuş ərazilərin xalqını gələn cümə günü Məscidül-Əqsaya getməyə çağırıb. O həmçinin sionist rejimini Məscidül-Əqsaya hər hansı hücum və onun daxilində təxribat xarakterli hərəkətlərə qarşı xəbərdar edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir