İranın İraqdakı səfirliyinin qanuni nümayəndəsinin maşınına silahlı hücum olub

Cümə axşamı 14 Aprel 2022 - 07:07
https://az.iswnews.com/?p=5115

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İranın İraqdakı səfirliyinin vəkili və qanuni nümayəndəsinin avtomobili silahlı şəxslər tərəfindən hədəfə alınıb.

İran İslam Respublikasının Bağdaddakı konsulu Abbas Əhmədi xəbəri təsdiqləyib: Dünən günorta saat 12:50-də Kazimeyn şəhərindəki səfirliyin vəkili və qanuni nümayəndəsi cənab Əmcəd Məhəmməd Hüseyn Əl-Musəvi silahlı şəxslər tərəfindən sui-qəsdə məruz qalıb, ona heç bir zərər dəyməyib və basqınçılar onun maşınına ziyan vurublar. Bu barədə İraqın təhlükəsizlik qurumları tərəfindən araşdırma aparılır.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir