Daş yağışlarından çiçək yağışlarınadək; Əfqanıstan xalqı muzdluların İranı təhqir etmələrini qınayıb!

Cümə axşamı 14 Aprel 2022 - 06:35
https://az.iswnews.com/?p=5096

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kabil əhalisi İranın Əfqanıstandakı diplomatik mərkəzlərinin təhqir olunmasına cavab olaraq, İran səfirliyi qarşısına toplaşaraq, İranın dəstəyini yüksək qiymətləndirməklə yanaşı, bu yerə gül dəstələri səpiblər.

Aprelin 13-də səhər saatlarında müxtəlif təbəqələrdən olan insanlar, xüsusilə Kabil əhalisi İran İslam Respublikasının səfirliyi qarşısına toplaşaraq, İranın əfqan xalqına dəstəyini yüksək qiymətləndirməklə yanaşı, önünə əklillər qoyublar.
Mitinqdə əhalinin müxtəlif təbəqələri ilə yanaşı, yerli üləma və ağsaqqallar, siyasi partiyaların nümayəndələri və vətəndaş fəalları da iştirak ediblər. Mitinq iştirakçıları inqilabi və birləşdirici şüarlar səsləndirərək, iki xalq arasında nifaq salmaq məqsədi daşıyan son fitnələri pisləyiblər.
Onlar həmçinin Əfqanıstan və İranın inqilabçı xalqını daha ayıq olmağa, İslam düşmənlərinin fitnələrinə və qlobal işğalçı qüvvələrə qapılmamağa çağırıblar. Həmçinin Əfqanıstan və İran xalqları öz birliyini, dostluğunu, dərin tarixi, mədəni və dini bağlarını qoruyub saxlamaqla düşmənlərin layihələrinə diş qırıcı cavab verə bilmələrini deyiblər.

Mitinqin sonunda nümayişçilərin nümayəndələri İranın Əfqanıstandakı səfiri doktor Bahador Aminian ilə görüşüb, ona “çapan” (Əfqan yerli paltarı) və gül dəstələri təqdim ediblər.

Qeyd edək ki, bu mərasimlə eyni vaxtda Hərat şəhərinin əhalisi də İran İslam Respublikasının dəstəyini qiymətləndirmək üçün belə bir mitinq keçirmək niyyətində idi, lakin Həratdakı Taliban rəsmiləri naməlum səbəblərdən bu aksiyanın qarşısını alıblar!

Daha çox oxuyun:
Əfqanolofobiya və İran düşmənçiliyi layihəsi haradan qaynaqlanır?
İranın Həratdakı konsulluğuna hücum olub + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir