Əfqanolofobiya və İran düşmənçiliyi layihəsi haradan qaynaqlanır?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Çərşənbə, 13 Aprel 2022 - 14:37
https://az.iswnews.com/?p=5032

Qərb casus agentliklərinin təhlükəsizlik layihəsi Mərkəzi Asiyanın təhlükəsiz olmaması, xüsusən də İranın Şərq sərhədlərinin təhlükəsiz olmamasından ibarətdir. Bu layihənin ölçüləri Ceyşul-Ədl və qaçaqçılar kimi terrorçu qrupların fəaliyyətindən, məsələn, İran tərəfindən Əfqan qaçqınları öldürmək kimi psixoloji müharibəyə səbəb olan fəaliyyətlərdir.

11 aprel 2022-ci ildə “İranın əfqan qaçqınlarına qarşı pis rəftarını” iddia edən və İran əleyhinə şüarlar səsləndirən kiçik bir qrup qondarma etirazçılar Kabilin Şəhid İzədyar dörd yolunda, İran İslam Respublikası səfirliyinin yaxınlığında nümayiş keçirdilər.
Nümayişlə eyni vaxtda daha bir qrup İranın Hərat şəhərindəki konsulluğuna hücum edib və konsulluğun binasına daş atmaqla yanaşı, konsulluğun girişini də yandırdılar.
Bu etirazların səbəbi İran İslam Respublikası sərhədçilərinin qeyri-qanuni yolla İrana daxil olmuş əfqan qaçqınlarla pis rəftar etməsidir. Amma həqiqət belə deyil!

Əvvəlki Əfqanıstan hökuməti dövründə, 2017-ci il yanvarın 30-da Fransa və ABŞ-ın Kabildəki səfirliklərinin kəşfiyyat agentləri Əfqanıstanda İran İslam Respublikasının maraqlarına zidd proqramlar hazırlamaq və həyata keçirmək üçün Kabilin ikinci rayonundakı Sədrət məntəqəsində ortaq ofis yaradıblar.
Səfirliyin kəşfiyyat işçiləri və ABŞ səfirliyinin yəhudi bölməsi ofisini “Ofis 59” adlandırıblar. Bu ofisdə farsdilli ölkələr arasında nifaq salmaq üçün mediada İslam əleyhinə məzmunlu materialların dərc edilməsini, din əleyhinə kitabların, yalançı mədəni-tarixi məlumatların nəşrini və yayılmasını düşünürdülər.
Bu idarənin ən mühüm vəzifələrindən biri anti-İran etirazlarını idarə etmək və başlatmaq, İslam İnqilabının Rəhbərinin şəkillərini cırmaq, gəncləri xristianlığı qəbul etməyə təşviq və dəvət etmək, İslam ideyalarını şübhə altına salmaq idi.
Ofis-59-da çalışanların bəziləri İran əsilli orta yaşlı farsdilli işçilər idi. Onların “Mücahidin Xəlq Təşkilatı” (MKO) terror qruplaşmasının üzvü olmaq təcrübələri var idi və indi Əfqanıstanda fransızlar və amerikalılar üçün işləyirdilər.

İndi, 2021-ci il avqustun 15-də əvvəlki hökumətin tamamilə devrilməsindən və Əfqanıstanda Talibanın güclənməsindən sonra agentlik Əfqanıstanda kəşfiyyat fəaliyyətini fasiləsiz davam etdirir və “Əfqanolofobiya-İran düşmənçiliyi” adlandırıla biləcək təhlükəsizlik layihəsini həyata keçirir.

Talibanın işə başlaması Əfqanıstanda ictimai təhlükəsizliyi artırsa da, onların təşkilatının idarəedici və koqnitiv zəifliyi terror qruplaşmalarını o cümlədən, Mücahidin Xəlq (Münafiqlər), İŞİD, Ceyşul-Ədl və başqalarının hələ də azad fəaliyyət göstərmələrini artırıb. Digər tərəfdən, insanların həyat şəraitinin pis olması, Qərb ölkələrinin insani qüvvə cəlb etmək üçün qoyduğu sərmayəsi və kiçik və böyük fitnələri asanlıqla həyata keçirilməsi Talibanın zəif nöqtələrindəndir.

40 ildən artıqdır ki, İran xalqı və hökuməti Əfqanıstanın torpağına və sərvətlərinə heç bir əhəmiyyət vermədən əfqan qaçqınlarını öz xalqı kimi qardaş və mehriban şəraitdə yerləşdirir, sülh və əmin-amanlıq üçün heç bir yardımı əsirgəmir. Digər tərəfdən, Əfqanıstan xalqı İranın səkkiz illik müqəddəs müdafiə, Suriyada təkfirçi qruplara qarşı müharibə kimi böyük fitnələrdə həmişə müqavimətin köməkçisi olub.
Bu gün biz bir daha İranın şərq bölgələrində qərblilərin fitnələrinin şahidi oluruq, lakin Əfqanıstan və İran xalqının vəziyyətə dair kifayət qədər ayıqlığı və bəsirəti var və bu fitnəni aradan aparmaq üçün yeganə tələb iki xalqın ziyalıları camaatı maarifləndirmələridir.

Daha çox oxuyun:
İranın Həratdakı konsulluğuna hücum olub + FOTO və VİDEO
Sistan və Bəlucistan əyalətində İran və Taliban arasında ikinci sərhəd münaqişəsi + Video

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.