Nəsrullah: Hizbullah Yəməndə atəşkəsi alqışlayır

Çərşənbə axşamı, 12 Aprel 2022 - 19:08
https://az.iswnews.com/?p=5010

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Dünən axşam saatlarında Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livan və regionda baş verən son hadisələrdən danışıb.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Fələstində baş verən hadisələrə toxunaraq dedi: “Biz Fələstinli gənclərin, qadınların, uşaqların və kişilərin, eləcə də hərbçilərin qəhrəmanlıqlarına və şəhid ailələri və onların möhkəm mövqelərinə hörmətlə yanaşmalıyıq”.

O, israillilərə “Əgər Fələstin xalqının məğlubiyyətinə ümid edirsinizsə, illüziya içindəsiniz” deyib. Fələstində baş verən hadisələrin düşmənlə müharibə və sionist rejimin gələcəyi ilə bağlı bir çox mənası var.

Seyid Həsən ABŞ-ın həmişə təcavüzkarı dəstəklədiyini bildirib və əlavə edib: Qəna qətliamı məsələsində ABŞ Təhlükəsizlik Şurasının sionist rejimini bu qətliama görə pisləyən qətnamə qəbul etməsinə icazə vermədi. ABŞ müharibəyə başlayanları müdafiə edir və hətta onları qınamaqdan belə çəkinir!

Hizbullahın baş katibi Livan seçkiləri ilə bağlı deyib: Biz bütün gücümüzlə seçkilərin siyasi mühitinə girəcəyik. Gərək seçki mərkəzlərinə və məntəqələrinə bel bağlamayaq və özümüz seçki qutuları bağlanana qədər bu siyasi savaşda var gücümüzlə iştirak edək.

Nəsrullah çıxışının sonunda Səudiyyə Ərəbistanının region ölkələri arasında münasibətləri pozmaq cəhdlərini tənqid edərək deyib: “Hizbullah Yəməndəki atəşkəsdən məmnundur və ümid edirik ki, bu atəşkəs siyasi dialoqun qapısını açacaq”. O bildirib: Səudiyyə hökmdarlarına da tövsiyə edirəm və deyirəm ki, məzlum yəmənli dostlarımıza öz hüquqlarından keçmələri üçün təzyiq göstərməyin. Yəmən böhranının yeganə həlli birbaşa Səna ilə danışıqlar aparmaqdır.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.