Rusiya: Suriyanın hava hücumundan müdafiəsi İsrailin üç raketini vurub

Çərşənbə axşamı 12 Aprel 2022 - 07:37
https://az.iswnews.com/?p=4966

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, Suriyanın Hava Hücumundan Müdafiə qüvvələrinin İsrail qırıcılarının Latakiya limanına atdığı 5 raketdən üçünü məhv etdiyini açıqlayıb.

Aprelin 9-da İsrail qırıcı təyyarələri Suriyanın bəzi hissələrini hədəfə almaq üçün Livanın şimalında hava hücumlarından istifadə edib. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi Rusiya istehsalı olan zenit raketlərinin İsrailə məxsus F-16 qırıcılarının Livan hava məkanından Latakiyadakı hədəflərə atdığı 5 raketdən üçünün məhv etdiyini açıqlayıb.

“Aprelin 9-da saat 18:45-dən 18:52-dək İsrailin dörd F-16 qırıcısı Livanın hava məkanından Suriyanın Latakiya əyalətındakı hədəflərə beş raket atıb”, – Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin direktor müavini vitse-admiral Oleq Juraulov bildirib. O həmçinin bildirib ki, Suriya hava hücumundan müdafiə qüvvələri Rusiya istehsalı olan S-125 və Panzer-S sistemləri ilə 3 raketi məhv edib.
O qeyd edib ki, İsrailin son aviazərbələri bəzi mülki infrastruktura cüzi ziyan vurub və heç bir itki yoxdur.

Rusiya Müdafiə Nazirliyi İsrail qırıcılarının Latakiya vilayətindəki mövqeləri hədəfə aldığını bildirsə də, hadisə yerindən yayılan görüntülərə və İslam Dünyası Xəbərləri mərkəzinin cəbhə mənbələrindən aldığı məlumatlara görə, İsrail qırıcıları Həma vilayətinin qərb ətrafında olan Misyaf şəhərində Suriya Ordusu Araşdırma Mərkəzinin binalarını hədəfə alıb.
Təbii ki, ola bilər Misyaf şəhəri Latakiya əyalətinin sərhəddinə yaxın olmasından və bu şəhərdə bəzi binaların Suriyanın əyalət bölmələri əsasında Latakiya vilayətində yerləşməsi səbəbindən Rusiya Müdafiə Nazirliyinin bəyanatında Latakiyaya istinad edilir. Həmçinin, hücuma məruz qalan ərazinin mövcud görüntülərinə əsasən, ikidən çox tüstü sütunu görünür və üç raketin hədəfləri vurması ehtimalı çoxdur.

Daha çox oxuyun:
İsrail Suriyaya hava hücumu edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir