İranın Həratdakı konsulluğuna hücum olub + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İranın Həratdakı konsulluğu Talibana bağlı etirazçılar tərəfindən hücuma məruz qalıb.
P.S: Dünən baş vermiş bu hadisə ilə Əfqanıstan xalqının heç bir əlaqəsi yoxdur. İran sərhədçilərinin əfqan qaçqınları ilə pis rəftar etməsi, həmçinin əfqan xalqının Əfqanıstanın müxtəlif şəhərlərində İran konsulluğuna hücumu ilə bağlı bütün etirazlar və xəbərlər Qərb casus agentlikləri tərəfindən şantaj və media müharibəsidir.
Bu cür fitnələrin baş verməsi İranın şərq bölgələrində, o cümlədən Əfqanıstan sərhədlərində baş verən hadisələrin əvvəlindən aydın şəkildə proqnozlaşdırılırdı.
Verilən şüarlardan:
“Əfqan qatillərinə ölüm
Zalım İran hökumətinə ölüm
İranın şər hökumətinə ölüm”
Maraqlıdır ki, BMT-nin statistikasına görə, son 30 ildə Əfqanıstanda əfqanların qətliamlarının əsas səbəbkarları Taliban olub. Təşkilat həmçinin ciddi etnik və dini ayrı-seçkiliyə, eləcə də yaratdığı pis həyat şəraitinə görə milyonlarla insanı başqa ölkələrə mühacirət etməyə məcbur edib. Taliban təşkilatı ABŞ tərəfindən Sovet İttifaqına qarşı mübarizə zamanı yaradılıb və əvvəlki Əfqanıstan hökuməti ABŞ-ın razılığı ilə devrilərək Talibana təhvil verilib.
Daha çox oxuyun:
Sistan və Bəlucistan əyalətində İran və Taliban arasında ikinci sərhəd münaqişəsi + Video
Rəy