Son 24 saatda 4 fələstinli şəhid olub

Bazar ertəsi 11 Aprel 2022 - 18:57
https://az.iswnews.com/?p=4948

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, sionist işğalçıları tərəfindən yaralanan bir gənc fələstinli bu gün səhər şəhid olub və son 24 saatda İordan çayının qərb sahilində şəhidlərin ümumi sayı 4-ə çatıb.

Dünən Cənin şəhərinin şərqindən olan “Məhəmməd Hüseyn Zəkərna” adlı 17 yaşlı fələstinli yeniyetmə İsrail xüsusi təyinatlıları tərəfindən böyründən vurularaq, aldığı yaraların ağırlığına görə bu gün səhər saatlarında şəhid olub.
Dünən səhər saatlarından etibarən sionist işğalçıları İordan çayının qərb sahilində, o cümlədən Cənin, Nablus, Eriha və Tulkərəm bölgələrinə hücum edərək üç fələstinli “Maha Kazem Avad Al-Zaatari” (24 yaş), “Ğada Ibrahim Sabatin” (47 yaş) və “Məhəmməd Əli Ğənim”-i (21 yaş) şəhid edib və digər ondan çoxunu isə yaralayıblar.

Bir neçə saat əvvəl işğalçı İsrail ordusu Raad Hazemin atası təslim olmasa, Cəninə hücum edərək Təl-Əviv əməliyyatını icra etməsi ilə hədələyib.
Bununla əlaqədar olaraq, Fələstin İslami Cihad Hərəkatına bağlı Cənin Briqadası işğalçı ordunun düşərgənin işğalına qarşı döyüşçülərinin hazırlığını artırdığını açıqlayıb.
Cənin məscidləri də vətəndaşları küçələri boşaltmağa və müqavimət qüvvələrinin foto və videolarını çəkməməyə çağıraraq, ictimai səfərbərlik elan edib.

Dünən gecə Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Nəxxalə Əl-Mənar kanalına deyib: “Fələstinlilərin İordan çayının qərb sahilində, Qüdsdə və Qəzza zolağında müqavimət göstərmək üçün bir çox variantı var və Cənin və Qəzza arasında müqavimətin koordinasiya və planlaması var.”
O, deyib: Biz Qüdsdə və ya İordan çayının qərb sahilində baş verənlərə göz yuma bilmərik və Fələstin müqavimət qrupları sionistlərin istənilən təcavüzünə cavab verəcəklər. Biz işğalçılarla birbaşa qarşıdurma qarşısındayıq və hər an hərtərəfli döyüş gözləməliyik.

Sionist rejim əsgərlərinin Ğada Ibrahim Sabatinə qarşı atəş açması və onu şəhid etməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir