Şahbaz Şərif Pakistanın baş naziri oldu

Bazar ertəsi, 11 Aprel 2022 - 16:02
https://az.iswnews.com/?p=4944

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Pakistan parlamenti Muslim Liqa Partiyasının lideri Şahbaz Şərifi Pakistanın yeni baş naziri seçib.

Pakistan parlamentinin rəsmi iclasında Muslim Liqası partiyasının lideri Şahbaz Şərif İmran Xan dövlətinin xarici işlər naziri və Təhrik-e-Insaf partiyasının nümayəndəsi Şah Mahmud Qureyşi ilə o qədər də çətin olmayan rəqabətdən sonra 174 səslə Pakistanın 23-cü Baş naziri seçilib.
Qureyşi səsvermədən əvvəl Təhrik-e-Insaf partiyasının digər üzvləri ilə birlikdə Nümayəndələr Palatasını tərk edib və Pakistan parlamentindən kütləvi şəkildə istefa veriblər. Buna görə də Şahbaz Şərif bu vəzifəni 2023-cü ilin avqustuna qədər, yəni Pakistanda keçiriləcək ümumi seçkilərə qədər icra edəcək.

Mian Məhəmməd Şahbaz Şərif Muslim Liqası partiyası lideri və Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qardaşıdır. O, 2017-ci ildən Pakistanın baş naziri postuna namizəd olub və son gərginliklər zamanı İmran Xanın müxalifətinə rəhbərlik edib.

Daha çox oxuyun:

ABŞ İmran Xana qarşı yumşaq çevriliş edir

Pakistan Ali Məhkəməsi parlamentin buraxılması qərarını ləğv etdi!

Pakistanın Amerika əleyhinə olan baş nazirini nələr gözləyir?

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.