Beytləhmin cənubunda bir fələstinli gənc işğalçı qüvvələr tərəfindən şəhid edildi

Bazar ertəsi 11 Aprel 2022 - 02:53
https://az.iswnews.com/?p=4922

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Həmasın hərbi qolu olan Əl-Qəssam batalyonlarının rəsmi saytına istinadən xəbər verir ki, Bu gecə Beytləhmin cənubundakı Əl-Xadar qəsəbəsindən olan bir gənc işğalçıların açdığı atəş nəticəsində ağır xəsarətlər alaraq şəhid olub.

Daha sonra Səhiyyə Nazirliyindəki mənbələr gənc oğlanın, 21 yaşlı Məhəmməd Əli Əhməd Ğənim-in aldığı ağır xəsarətlərdən dünyasını dəyişdiyini bildiriblər.
Yerli mənbələr bildiriblər ki, Ğənim, beton divarın yaxınlığında yerləşən evinin nəzdində olarkən sinəsindən çıxan güllə kürəyindən dəyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir