Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasında İslahat partiyası müxalifətçilik edir

Şənbə, 9 Aprel 2022 - 18:23
https://az.iswnews.com/?p=4868

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmənin İslahat Partiyası istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının iclaslarının nəticələrinə qarşı olduğunu bildirib.

Əbdrəbə Mənsur Hadinin istefası və yeni prezident şurasının yaradılmasından sonra Yəmən İslahat Partiyası Ər-Riyaddakı məsləhətləşmələrin nəticələrini qanuna zidd olan çevriliş adlandırıb. Bundan sonra Mərib şəhərində “Xalq Müqaviməti” adı altında fəaliyyət göstərən islahat qüvvələri aprelin 8-də səhər saatlarında Əl-Bələq Əl-Şərqi yüksəkliyindəki Ənsarullah mövqelərinə hücum edib. Hücum Ənsarullahın cavabı ilə qarşılandı və Səudiyyə koalisiya qüvvələri sonda İslahat Partiyasının komandanlığı altında silahlıların yenidən hücumunun qarşısını aldı.

İslahat Partiyasının Səudiyyə koalisiyası ilə fikir ayrılığı bununla da bitməyib və istefa vermiş hökumətin prezident şurasının üzvü Mərib qubernatoru Sultan əl-Arada Mərib valisinin dəyişdirilməsi qərarından qəzəblənib və Ər-Riyadı tərk edərək Məribə gedib.
Prezident Şurası Əl-Aradanı “Möhsün bin Muali” adlı şəxslə əvəz etmək niyyətindədir və bu qərar Yəməndə istefa vermiş hökumətin strukturunda İslahat Partiyasının daha bir əsas üzvünün uzaqlaşdırılması deməkdir.

Mənsur Hadinin aprelin 7-də istefa vermiş Yəmən hökumətinin sədrliyindən istefa verməsindən sonra dünən Ər-Riyadda Prezident Şurası üzvlərinin hökmü açıqlanıb. Lakin bu şuranın üzvləri arasında fikir ayrılıqları və bu mərasimlə bağlı prosesin tamamlanmaması hakimiyyətin prezident şurasına keçməsi prosesini çətinləşdirib.

Daha çox oxuyun:
Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları
Mənsur Hadi sonuncu dəfə istefa verdi!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.