Həsəkədə qarşıdurmalara son qoyuldu; Kürd silahlıları Əl-Sənaə həbsxanasına nəzarəti ələ keçirib + Video

Cümə axşamı, 27 Yanvar 2022 - 08:34
https://az.iswnews.com/?p=483

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Kürd silahlıları İŞİD ünsürləri ilə 7 gün davam edən döyüşlərdən sonra Əl-Sənaə həbsxanası və ətraf ərazilərə nəzarəti ələ keçirib.

Suriya Demokratik Qüvvələri (SDQ) və Daxili Təhlükəsizlik Agentləri (YPG) ilə Əl-Sənaə həbsxanası ətrafında İŞİD ünsürləri arasında baş verən toqquşmaların yeddinci günündə çox sayda İŞİD terrorçusu öldürülüb, xeyli hissəsi təslim olub. İŞİD ünsürləri əsirlikdə olan 23 kürd silahlısını da azad ediblər.
Qarşıdurmaların son günündə kürd silahlı birləşmələri ABŞ koalisiyasının tam dəstəyi ilə həbsxananın müxtəlif hissələrinə və ətraf məhəllələrə hücum edərək bir sıra əməliyyatlar keçirərək ərazinin təhlükəsizliyini təmin edə biliblər.

Kürd silahlıları münaqişə zonasının təhlükəsizliyini təmin edə biləndən sonra Əl-Sənaə həbsxanasına tam nəzarət etdiklərini elan etdilər.

Bu hücum İŞİD üzvlərinin olduğu digər həbsxanalar üçün həyəcan siqnalı ola bilər. Oxşar hadisələrin qarşısının alınması üçün gərək İŞİD məhbusları olan həbsxanaların təhlükəsizlik tədbirləri artırılsın. Əsassız həbslər və İŞİD məhbusları hökmlərində yersiz gecikmələr region ölkələri üçün xoşa gəlməz nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada son həftələrdə hücumlarının və fəaliyyətlərinin sayı xeyli artıb. Görünür, İŞİD tərəfdarları İraqda, Suriyada və hətta regionun digər ölkələrində təxribat törətmək üçün bu terror qruplaşmasını dirçəltməyə can atırlar!

Daha çox oxuyun:
Həsəkədə İŞİD ünsürləri ilə kürd silahlıları arasındakı qarşıdurmaların təfərrüatları + Video
Hasəkədə İŞİD və kürd silahlıları arasında qarşıdurmalar davam edir + Video

Əl-Sənaə həbsxanasının içindən yayımlanan video
İŞİD terror qruplaşmasının əsirliyində olan kürd məhbusların azad edilmə anları
Əl-Sənaə həbsxanası ətrafında baş verən qarşıdurmaların videosu
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.