Ərdəbilin İmam Cüməsi azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib

Şənbə, 9 Aprel 2022 - 06:29
https://az.iswnews.com/?p=4823

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA xəbər agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Dini liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyyid Həsən Ameli Azərbaycanla sərhəddə yaradılması nəzərdə tutulan Ərdəbil azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib.

Seyyid Həsən Ameli bildirib ki, Ərdəbil vilayətində azad ticarət zonasının yaradılması ilə əlaqədar İran höküməti və parlamenti layihəni qəbul edib. Layihə Ekspertlər Şurasının iqtisadi və infrastruktur komitəsində təsdiqlənsə də, icrası ləngiyir: “Hökumətə layihənin icrası ilə bağlı dəfələrlə müraciət olunub. Lakin layihənin icrası bizə məlum olmayan səbəblərdən yubanır. Bununla bağlı Ali Lider Ayətullah Xameneiyə müraciət etdim ki, icranın tezləşməsi üçün lazımı göstəriş versin”.

Qeyd edək ki, Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 kilometr quru sərhədi var və bu vilayətin dörd şəhəri Azərbaycanla həmsərhəddir.

Ərdəbil Azad Ticarət və Sənaye Bölgəsinin yaradılması və yerləşdiyi məkanın müəyyən edilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Ərdəbilin İmam Cüməsi qeyd edib ki, texniki qrup Ərdəbil vilayətindəki hər dörd şəhərin iqtisadi zona yaradılması üçün potensialını araşdırıb və bir bölgənin daha vacib olması qərarını qəbul edib: “Bununla bağlı hökumətə məlumat verilib. Hökumət hər hansı qərar qəbul edərsə biz razı olacağıq. Bundan başqa, zonanın bir bölgədə yaradılmasından sonra digər bölgələrin də ora qoşulması mümkündür. Belə bir təcrübə ölkənin digər yerlərində yaradılan azad ticarət zonalarında mövcuddur”.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.