ABŞ istehsalı olan kamikadze PUA-ları Ukraynaya göndərilir!

Şənbə 9 Aprel 2022 - 05:32
https://az.iswnews.com/?p=4809

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Pentaqon Ukraynaya hədiyyə edilən silahların bir hissəsi kimi 100 ədəd yüksək səviyyəli “Switchblade” kamikadze dronunun göndərilməsini və daha çox dronun Ukraynaya göndəriləcəyini açıqlayıb.

Aprelin 1-də Pentaqon ABŞ Müdafiə Nazirliyinin yardım çərçivəsində Ukraynaya 300 milyon dollarlıq dəyəri olan hərbi texnika göndərəcəyini açıqlamışdı. Paketə pilotsuz uçuş aparatları, gecəgörmə avadanlığı, təhlükəsiz rabitə sistemləri, raket sistemləri, zirehli maşınlar, pulemyotlar və tibbi avadanlıqlar daxildir.

Pentaqon Ukraynaya 300 milyon dollar dəyərində olan yeni hərbi yardım şəklində Switchblade-600 və ya 300 miniatür kamikadze PUA-nın daha çox tədarük edəcəyini təsdiqləyib. Switchblade kamikadze PUA-ları tanklara və taktiki hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub və o qədər kiçikdir ki, onu bir adam kürək çantasında daşıya bilər. Növündən asılı olaraq, bu dronlar 10 kilometrdən 40 kilometrə qədər uça və hədəf üzərində gəzib onu təqib edə bilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir