Almaniya sionist rejimdən hərbi PUA-lar alır

Şənbə 9 Aprel 2022 - 05:17
https://az.iswnews.com/?p=4806

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Almaniya parlamentinin müdafiə fraksiyası ilk dəfə olaraq sionist rejimdən 140 ədəd “Heron TP” PUA-sı almağa razılaşıb.

Çərşənbə günü (6 aprel) Almaniya parlamentinin müdafiə fraksiyası İsraildən Heron TP silahlı dronunun alınması üçün 165 milyon dollarlıq müqaviləni təsdiqləyib. Dronların yaxın iki il ərzində Almaniya Müdafiə Nazirliyinə təhvil verilməsi gözlənilir.

Almaniya Müdafiə Nazirliyi bu PUA-lar dan 60-nı təlim, digər 80-ni isə əməliyyatlarda istifadə üçün alacaq. Dronlar xaricdəki alman qoşunlarına dəstək üçün istifadə olunacaq.

Almaniya parlamenti 2018-ci ildə silahsız PUA-ların alınmasını təsdiqləyib, lakin hakim koalisiyanın üzvü Olaf Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının kəskin müqaviməti səbəbindən PUA-ların silahlanması ləğv edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir