Pakistan Ali Məhkəməsi parlamentin buraxılması qərarını ləğv etdi!

Şənbə 9 Aprel 2022 - 04:57
https://az.iswnews.com/?p=4803

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, bir neçə günlük siyasi gərginlikdən sonra Pakistanın Ali Məhkəməsi prezidentin parlamentin buraxılması haqqında fərmanını ləğv edib.

Pakistanın Ali Məhkəməsi ölkədəki siyasi gərginliyi nəzərdən keçirdikdən 5 gün sonra Pakistan parlamentinin buraxılmasının konstitusiyaya zidd olduğuna qərar verib və onu ləğv edib.
Ali Məhkəmənin qərarına əsasən, Pakistan prezidenti Aref Ələvinin Milli Məclisin buraxılması ilə bağlı verdiyi göstəriş qanunsuzdur və Milli Məclis 2022-ci il aprelin 9-da fəaliyyətini bərpa etməlidir.
Baş nazirə qarşı etimadsızlıq məsələsinə də toxunulub və parlamentin aprelin 9-da keçiriləcək iclasında baş nazirə etimadsızlıq məsəsləsi ilə bağlı qərar verməsi xahiş edilib. Ali Məhkəmə həmçinin Pakistan Milli Məclis sədr müavini Qasim Surini baş nazirə qarşı etimadsızlıq təklifini rədd etməkdə oynadığı rola görə vəzifəsindən uzaqlaşdırıb.

İmran Xan bu qərara cavab olaraq Nazirlər Kabinetini iclas qurmağa çağırıb və dünən axşam, aprelin 8-də Pakistan xalqına müraciət edib.

Pakistan Ali Məhkəməsinin qərarı Pakistanda son siyasi gərginlikdə hakimiyyəti İmran Xanın əleyhdarlarının xeyrinə dəyişib. İmran Xanın əleyhinə olan inadkar müxalifət, habelə hökumətin ona dəstəyinin olmaması nəzərə alınarsa, baş nazirə etimadsızlıq təklifinin təsdiqlənəcəyi ehtimal edilir. İmran Xan devrilsə, müxalifət partiyaları 2023-cü ilin avqustuna qədər bu vəzifədə qalacaq yeni baş nazir təyin edəcək.

Daha çox oxuyun:
Pakistanın Amerika əleyhinə olan baş nazirini nələr gözləyir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir