Əfqanıstanın Şorabak bazasında partlayış; ABŞ PUA-larının hücumu və ya köhnə minaların partladılması?

Cümə 8 Aprel 2022 - 23:01
https://az.iswnews.com/?p=4781

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi yerli KİV-lərə əsasən xəbər verir ki, Əfqanıstanın Ləşkərgah şəhərinin şimal-qərbində yerləşən Şorabak hərbi bazasında bir neçə partlayış baş verib.

Helmənd əyalətindəki yerli mənbələrin məlumatına görə, ABŞ pilotsuz təyyarələri 2022-ci il martın 30-da Ləşkərgah şəhərinin şimal-qərbindəki Şorabak hərbi bazasında Talibanın silah anbarlarını bombalayıb. Mənbələr hücumda 30 Taliban üzvünün öldürüldüyünü və yaralandığını da iddia edib.
Digər tərəfdən, Taliban sözçüsü Zəbihullah Mücahid ABŞ-ın Şorabak bazasına hücumunu təkzib edən bəyanatla Helmənd əyalətində toplanan minaların məhv edilməsini əsas gətirdi.
ABŞ rəsmiləri bu xəbəri hələ nə təsdiq, nə də təkzib ediblər.

Şorabak hərbi bazası və ya düşərgəsi Ləşkərgah şəhərinin şimal-qərbində yerləşir. Bu baza əvvəllər NATO və ABŞ qüvvələrinin qərargahı olub və Əfqanıstanda və hətta regionda ən böyük hərbi bazalardan biridir. Şorabak bazası təxminən 30 km əraziyə malikdir və yerləşdiyi yer İranın Zabol şəhərinin sərhədindən 240 km məsafədə yerləşir.
Əfqanıstanın keçmiş hökumətinin süqutundan və Talibanın güclənməsindən sonra bu bazanın adı Şorabakdan “Əl-Əzm”ə dəyişdirilərək “Ləşkər-e-Əl-Əzm” qüvvələrinin təlimi və qaldıqları yerə çevrilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir