İraqda baş verən son hadisələr, 26 Yanvar 2022

Cümə axşamı 27 Yanvar 2022 - 05:44
https://az.iswnews.com/?p=478

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi Suriya ilə sərhədin son nöqtəsində müdafiə və daxili işlər nazirləri, eləcə də bir sıra İraq təhlükəsizlik qüvvələri komandirləri ilə birlikdə olublar.

1- Bağdad:
Yanvarın 25-də İraq ordusu qırıcı təyyarələrinin Bağdadın şimalında İŞİD sığınacaqlarına endirdiyi hava zərbələri nəticəsində 6 İŞİD üzvü öldürülüb.

2- Əl-Ənbər:
Yanvarın 25-də axşam saatlarında İraq parlamentinin sədri Məhəmməd Həlbusinin Əl-Ənbar vilayətinin şərqində yerləşən Kirmala rayonu kənarındakı Rəşad bölgəsində olan evinə dörd raket atılıb. Hücum naməlum sünni qrupunun videosu yayımlandıqdan sonra baş verib. Bu videoda naməlum qrupun üzvləri sionist rejimlə münasibətləri normallaşdırmaq üçün çalışan Həlbusini vətənə xəyanət və muzdluluqda ittiham ediblər.

3- Kərkük:
-Yanvarın 25-də Kərkükün cənubunda İŞİD terror qruplaşmasının yerləşdirdiyi partlayıcı tələnin partlaması nəticəsində 4 İraq əsgəri şəhid olub.

-Yanvarın 25-də Kərkükdə təhlükəsizlik qüvvələri İŞİD-in Hasəkənin əs-Sənaə həbsxanasına hücumlarından sonra tam hazırlıq vəziyyətinə keçib.

4- Babil:
Yanvarın 23-də Babil əyalətində ABŞ hərbçilərinin lojistika karvanına Əshab əl-Kəhf müqavimət dəstəsi hücum edib.

5- Əl-Musənna:
Yanvarın 23-də Əl-Musənna əyalətində Amerika işğalçılarının lojistika karvanına müqavimət qrupları tərəfindən hücum olunub.

6- Qədisiyyə:
Yanvarın 23-də Qədisiyyə əyalətində amerikalı işğalçıların lojistika karvanına Əshab əl-Kəhf müqavimət dəstəsi hücum edib.

7- Neynəva:
Yanvarın 22-də Türkiyəyə məxsus PUA-ların İraqın Neynəva əyalətinin qərbindəki Sincar şəhərinin kənarında Sincar Müqavimət Qüvvələrinə (YBS) məxsus avtomobili vurmaları nəticəsində iki silahlı öldürülüb.

8- Diyalə:

  • Yanvarın 21-də İŞİD üzvləri İraq ordusunun 1-ci diviziyasının Diyalə vilayəti Əzim bölgəsi yaxınlığında “Əl-Taliə”, “Vam” və “Əl-Kərəmi” kəndləri arasında yerləşən qərargahlarından birinə hücum nəticəsində İraq ordusunun 10 əsgəri və bir zabiti (kiçik leytenant) şəhid olub.
  • Yanvarın 23-də Diyalə vilayətində Həşd-Şəbi əməliyyat komandiri Həşd-Şəbi briqadalarının Əl-Əzim gölünün qərb və şərq sahillərində İŞİD qalıqlarını təqib etmək üçün genişmiqyaslı təhlükəsizlik əməliyyatına başladığını açıqlayıb.

9- Səlahəddin:
Yanvarın 24-də İraq təhlükəsizlik qüvvələri Salahəddin əyalətində biri qadın olmaqla, 7 İŞİD üzvünü həbs edib.

10- Yanvarın 25-də İraq Federal Məhkəməsi Xalid əd-Dəracinin sədrliyi ilə keçirilən iclasın konstitusiyaya zidd olmadığını və İraq parlamentinin idarə heyətinin seçilməsinin hüquqi baxımdan düzgün olduğu qənaətinə gəlib.

11- Yanvarın 26-da İraqın baş naziri Mustafa Əl-Kazimi müdafiə və daxili işlər nazirləri, eləcə də bir sıra İraq təhlükəsizlik qüvvələri komandirləri ilə birlikdə Suriya ilə sərhədin son nöqtəsində olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir