İraq müqavimət qüvvələrinin pilotsuz təyyarəsi Eyn Əl-Əsəd bazasına hücum edib + VİDEO

Cümə, 8 Aprel 2022 - 22:29
https://az.iswnews.com/?p=4768

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Amerikalı işğalçıların İraqın qərbindəki Eyn Əl-Əsəd bazasındakı mövqeləri İraq müqavimət dəstələri tərəfindən pilotsuz təyyarələrin hücumu ilə hədəfə alınıb.

Bu gün səhər saatlarında silahlı pilotsuz təyyarə Eyn Əl-Əsəd bazasının hava məkanına daxil olub və ABŞ-ın müdafiə sistemləri pilotsuz təyyarənin qarşısını almaq üçün işə salınıb. ABŞ koalisiyası ABŞ hava hücumundan müdafiə qüvvələrinin pilotsuz təyyarəni vura bildiyini və hücumun zərərsiz olduğunu iddia edib.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin hesablamasına əsasən, 2021-ci il 21 martdan indiyənədək Əl-Ənbar əyalətində Amerika işğalçılarının kolonlarına və mövqelərinə 30 hücum edilib, onlardan 12-si İraq müqavimət dəstələrinin ABŞ-ın hərbi mövqelərinə xüsusuən Eyn Əl-Əsəd bazasına pilotsuz təyyarələr və raketlə hücumları ilə bağlı olub.

C-RAM hava hücumundan müdafiə sisteminin işə salınması
ABŞ koalisiyasının Eyn Əl-Əsəd bazasına pilotsuz təyyarə zərbəsi ilə bağlı bəyanatı
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.