Əfqanıstanda baş verən son hadisələr, 8 Aprel 2022

Cümə 8 Aprel 2022 - 21:59
https://az.iswnews.com/?p=4760

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kabildə törədilən iki terror aktı nəticəsində 68-dən çox mülki şəxs yaralanıb.

1- Bəğlan:
– Aprelin 4-də “Azadlıq Korpusu Cəbhəsi” qüvvələri Talibana qarşı silahlı mübarizə aparmaq məqsədi ilə Əndərab və Duşi şəhərlərində öz mövcudluqlarını elan etdilər.
– Aprelin 5-də Pol-e Hesar və Əndərab şəhərlərində Əhməd Məsud qüvvələri ilə Taliban toqquşması nəticəsində səkkiz Taliban üzvü öldürülüb, üç nəfər yaralanıb.
– Aprelin 6-da Taliban hərbi helikopterlərdən istifadə edərək Əndərab şəhərinə xüsusi təyinatlılar göndərib.

2- Təxar:
– Aprelin 5-də Azadlıq Korpusu Cəbhəsinin qüvvələri Taliqan şəhərinin kənarında Taliban hərbi karvanına hücum edib.
– Aprelin 5-də Taliqan şəhərinin dördüncü məntəqəsində naməlum silahlı şəxslər Erşad adlı gənci güllələyiblər.
– Aprelin 6-da Azadlıq Korpusu Cəbhəsinin qüvvələri Xacəğar şəhərində Taliban qubernatorluğunun binasına hücum edib.

3- Kabil:
– Aprelin 2-də Taliban zirehli maşını 5-ci məntəqənin “Mərkəzi Silo” prospektində İŞİD-in yol kənarına qoymuş bombasının hədəfi olub. Partlayış nəticəsində iki Taliban üzvü yaralanıb.
– Aprelin 3-də Əfqanıstanın ən böyük valyuta mərkəzi olan Şahzadə Sarayında əl qumbarasının partlaması nəticəsində 57 nəfər yaralanıb.
– Aprelin 4-də “Əta Məhəmməd Nur”un rəhbərlik etdiyi Ali Müqavimət Şurasının qüvvələri öz mövcudluqlarını elan ediblər.
– Aprelin 5-də axşam saatlarında Azadlıq Cəbhəsinin qüvvələri 5-ci məntəqənin Zakirin qəsəbəsində Müdafiə Nazirliyinin Hərbi Universitetinin ətrafındakı Taliban keçid məntəqəsinə hücum edib.
– Aprelin 6-da Polexeşti məscidində dindarlar arasında əl qumbarasının partlaması nəticəsində 11 nəfər xəsarət alıb.
– Aprelin 6-da Taliban sözçüsü Zəbihullah Mücahid Məşhəddə İmam Rzanın (ə) hərəmində edilən terror aktını qınayıb.
– Aprelin 6-da Qətər hərbi qüvvələri Kabil hava limanına yerləşdirildi.

Video №1: Kabildə Şahzadə Sarayında partlayış baş verən an
Video № 2: Kabilin Polexeşti məscidindəki partlayışda yaralananların köçürülməsi

4- Hərat:
– Aprelin 2-də Taliban Bəhar Əlizadə adlı gənc qızı Əfqanıstandan çıxarkən İslam Qala sərhəddində döyüb.

5- UNICEF bildirib ki, son bir ayda Əfqanıstanda 301 uşaq əvvəlki müharibələrdən qalan minaların partlaması nəticəsində ölüb və yaralanıb.

6- İranda yaşayan əfqanıstanlı tələbələr Məşhəddəki İmam Rzanın (ə) hərəmində edilən terror aktını qınayıblar. Onlar İran və Əfqanıstan xalqlarını qlobal işğalçı qüvvələrin fitnələrini ayıq-sayıq şəkildə zərərsizləşdirməyə və iki xalq arasında dostluq və qardaşlığı qorumağa çağırıblar.

Daha çox oxuyun:
Əfqanıstanda baş verən son hadisələr, 2 Aprel 2022
Pəncşir əyalətində Taliban və Əhməd Məsud qüvvələri arasında qarşıdurmanın təfərrüatları + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir