Hərib rayonu süqut etdi + Xəritə

Cümə axşamı 27 Yanvar 2022 - 03:41
https://az.iswnews.com/?p=470

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Mərib əyalətinin cənubunda yerləşən Hərib rayonu Səudiyyə koalisiyasının nəzarətinə keçib.

Səudiyyə koalisiyasının Şəbvə əyalətinin qərbində və Mərib əyalətinin cənubunda Əl-Əmaləqə qüvvələrindən istifadə edərək etdiyi əməliyyatların ardınca, yanvarın 24-də Mərib əyalətinin cənubundakı Hərib rayonu Səudiyyə koalisiyasının nəzarətinə keçib.
Hazırda Eyn şəhəri mərkəzi olan Əl-Həcəb royonu şərqində, Vadi Hərib və Məlaa yüksəkliklərində qarşıdurmalar davam edir və Ənsarullah bu ərazilərdə yeni müdafiə xətti formalaşdırır.

Son 48 saat ərzində Səudiyyə koalisiyasının qırıcı təyyarələri Mərib əyalətinin cənub hissəsini 46 dəfə, Şəbvə əyalətində Ənsarullah mövqelərini isə bir dəfə bombalayıb.

Bu il sentyabrın 22-də keçirilən “Rəbi ən-Nəsr” əməliyyatı zamanı Hərib rayonu Ənsarullahın nəzarətinə keçmişdir və bu, ikinci dəfədir ki, Hərib rayonu Səudiyyə koalisiyasının nəzarətinə keçir.
Bu sahədə baş verən proseslərə görə Ənsarullahın Əl-Həcəb rayonundan geri çəkilmə ehtimalı var. Ənsarullah Səudiyyə koalisiyasının Məlaa, Əl-Urf və Həniyyə dağlıq ərazilərində irəliləyişini dayandıra bilməsə, Mərib şəhərinin cənub tərəfdən mühasirəsi zəifləyəcək, Ənsarullah isə Şərqi Əl-Bələq və Əl-Əvsət Əl-Bəlq yüksəkliklərindən geri çəkilməyə məcbur olacaq.

Canlı Xəritə

Tam ölçüdə baxmaq üçün klikləyin
Səudiyyə koalisiya qüvvələrinin Ənsarullahın geri çəkilməsindən sonra Mərib əyalətinin cənubundakı Hərib rayonuna daxil olma anları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir