Əl-Ömər neft yatağına raket hücumu; İki Amerika əsgəri yaralanıb

Cümə, 8 Aprel 2022 - 05:20
https://az.iswnews.com/?p=4697

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağında ABŞ hərbi bazasına raket hücumu nəticəsində iki amerikalı terrorçu yaralanıb.

Dünən səhər Deyr əz-Zor əyalətinin şərqindəki Əl-Ömər neft yatağında yerləşən ABŞ koalisiyasının hərbi bazası üç Katyuşa raketi ilə hədəfə alınıb. Hücum nəticəsində iki ABŞ ordusu əsgəri yaralanıb, biri ayaqüstü dərman olmaqla tərxis edilib, digəri isə hələki tərxis edilməyib və tibbi yardım alır.

Suriya Demokratik Qüvvələri (SDQ) iddia edib ki, Suriya qüvvələri və onların müttəfiqləri ABŞ koalisiyasının Əl-Ömər neft yatağındakı bazasını hədəf alıb. Hələlik heç bir qrup raket hücumuna görə məsuliyyəti üzərinə götürməyib.

Raket hücumu sırahagün 40-dan çox zirehli texnika, 10 ZTR və 10 Amerika tankının dörd Amerika helikopterinin müşayiəti ilə bazaya göndərilməsindən sonra həyata keçirilib.
Amerika koalisiyası ilk dəfədir ki, Əl-Ömər neft yatağındakı hərbi bazasına bu sayda maşın və texnika göndərir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.